• $
  • €
  • ₽
  • ₺
  • £

Əkrəm İmamoğluna qarşı korrupsiya rüşvətxorluq ittihamı irəli sürülüb - Yenilənib

Əkrəm İmamoğluna qarşı korrupsiya rüşvətxorluq ittihamı irəli sürülüb - Yenilənib
19.03.2025 14:15

İstanbul Baş Prokurorluğu şəhərin həbsdə olan bələdiyyə sədri Əkrəm İmamoğlu və daha 100-dən çox şəxsə qarşı korrupsiya, rüşvətxorluq və terrorçularla əməkdaşlıq ittihamı irəli sürüb. Bu barədə NTV telekanalı məlumat yayıb.

İddia olunur ki, İstanbul meriyasının  Türkiyədə fəaliyyəti qadağan edilmiş Kürdüstan Fəhlə Partiyasının üzvləri ilə hansısa anlaşması olub. Prokurorluğun məlumatına görə, İmamoğlu bələdiyyə seçkilərindən əvvəl bu partiya ilə əməkdaşlığa başlayıb, nəticədə onun üzvləri şəhər idarəetmə sistemində nüfuz qazanıblar.

09:43

Türkiyə polisi korrupsiyaya qarşı aparılan araşdırmalar çərçivəsində İstanbul meri Ekrem İmamoğlunu saxlayıb. Bu barədə NTV telekanalı məlumat yayıb.

Hüquq-mühafizə orqanları məmurun İstanbulun şimalındakı Sarıyer rayonundakı evində axtarışa başlayıb.

İmamoğlu əvvəlcə protokola uyğun olaraq tibbi müayinəyə aparılıb. CNN Türk -ün məlumatına görə , bələdiyyə sədri daha sonra məhkəməyə aparılıb.

İmamoğlu yerli hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi genişmiqyaslı əməliyyat çərçivəsində saxlanılıb. Merin həbsi üçün order verilib.

Əkrəm İmamoğlu müxalif fikirləri ilə tanınır və 2027-ci ildə baş tuta biləcək mümkün növbədənkənar prezident seçkilərində Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi hesab olunur.

İstanbul Universiteti bir müddət əvvəl Baş Prokurorluğun müraciətindən sonra İmamoğlunun diplomunu ləğv edib. Bələdiyyə sədri əvvəlcə Şimali Kiprdə universitetdə təhsil alıb, sonra təhsil müəssisəsi o zaman rəsmi olaraq tanınmasa da, İstanbula köçürülüb. Türkiyədə prezident seçkilərində yalnız ali təhsilli vətəndaşlar iştirak edə bilər.

Aytac 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol