• $
  • €
  • ₽
  • ₺
  • £

Yaponiya hökumətinin reytinqi rekord səviyyədə aşağı düşüb

Yaponiya hökumətinin reytinqi rekord səviyyədə aşağı düşüb
23.03.2025 20:30

Yaponiya xalqının hökumətə dəstəyi 2024-cü il oktyabrın 1-də Siqeru İsibanın baş nazir vəzifəsinə başlamasından bəri ən aşağı səviyyəyə düşüb.

“Report”un “Kyodo” agentliyinə istinadən verdiyi məlumata görə, son ictimai rəy sorğusuna əsasən, respondentlərin yalnız 27,6 faizi hökumətin işini bəyənir.

Halbuki, fevralda bu göstərici 39,6% təşkil edib.

Bununla yanaşı, mart ayında hökumətin fəaliyyətini mənfi qiymətləndirən vətəndaşların sayı 16 faiz bəndi artaraq 57,8 faizə çatıb.

Bundan əvvəl hakim Liberal Demokrat Partiyasına (LDP) rəhbərlik edən İsibanın LDP millət vəkillərinə təxminən 670 dollar dəyərində hədiyyə sertifikatları paylayıb. Baş nazirin ofisi bunun qanuni olduğunu bildirsə də, hədiyyə paketi cəmiyyətdə mübahisələrə səbəb olub. Odur ki, sorğunun nəticələrinə görə, respondentlərin 71,6 faizi bu təcrübənin əleyhinə olub.

Sorğuda iştirak edənlərin 78,5%-i LDP hökumətinin siyasi maliyyələşdirmə ilə bağlı problemləri həll etmək qabiliyyətinə şübhə etdiyini bildirib

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol