• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan və Putin arasında telefon danışığı olub

Ərdoğan və Putin arasında telefon danışığı olub
28.03.2025 13:35

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.Bu barədə “TRT haber” məlumat yayıb.

Danışıq zamanı Türkiyə ilə Rusiya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan Türkiyə ilə Rusiya arasında əməkdaşlığın regional problemlərin həllində mühüm əhəmiyyət kəsb etdiyini, Türkiyənin Rusiya ilə Ukrayna arasında davam edən müharibəyə son qoymaq üçün başlayan prosesi yaxından izlədiyini və davamlı sülhün təmin edilməsi üçün Türkiyənin hər cür dəstəyi, o cümlədən sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu bildirib.

O, Qara dənizdə ticarət gəmiçiliyinin təhlükəsizliyi üçün atılacaq xoşniyyətli addımların sülh prosesinə töhfə verəcəyini və Türkiyənin Qara dənizin münaqişə zonasına çevrilməsinin qarşısını almaq üçün öhdəsinə düşəni etdiyini deyib.

Ərdoğan danışıq zamanı Türkiyənin Suriya məsələsində Rusiya ilə əməkdaşlığa önəm verdiyini, Suriyanın ərazi bütövlüyü əsasında davamlı sülh və sabitliyə nail olması üçün Türkiyə və Rusiyanın birgə çalışmasının vacib olduğunu və tərəflərin Suriyaya qarşı sanksiyaları tamamilə aradan qaldırmaq üçün birlikdə çalışa biləcəyini bildirib.

Türkiyə lideri Suriyanın resurslarının Suriya keçid hökumətinə həvalə edilməli olduğunu və “Suriya Demokratik Qüvvələri” adlandırılan qüvvələrin ləğvini dəstəklədiyini, Suriyanın artıq terror təşkilatları üçün uyğun bir bölgə olmadığını qeyd edib.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol