• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ diplomatlarına çinlilərlə romantik münasibətləri qadağan etdi

ABŞ diplomatlarına çinlilərlə romantik münasibətləri qadağan etdi
03.04.2025 16:10

ABŞ hökuməti Çində çalışan dövlət qulluqçularına və onların ailə üzvlərinə Çin vətəndaşları ilə romantik və ya seksual münasibətlər qurmağı qadağan edib, Associated Press məlumatlı mənbələrə istinadən xəbər verir.

Qadağa dövlət sirrinə çıxışı olan əməkdaşlara və onların ailə üzvlərinə şamil olunur.

Bu qərar 2025-ci ilin yanvarında, ABŞ-ın Çindəki səfiri Nikolasa Börnsun istefasından əvvəl qəbul edilib. Qadağa Pekindəki səfirlik və Quançjou, Şanxay, Şenyan, Uxan və Honq Konq daxil olmaqla, Çindəki bütün ABŞ diplomatik missiyalarını əhatə edir.

Mövcud münasibətləri olan əməkdaşlara istisna tətbiq oluna bilər – onlar xüsusi icazə üçün müraciət edə bilərlər. İcazə verilmədiyi halda, əməkdaş ya münasibətləri bitirməli, ya da vəzifədən getməlidir.

Yeni tədbirlər ABŞ Konqresinin əvvəlki qaydaların qeyri-kafiliyinə dair narahatlığı fonunda tətbiq edilib. 2024-cü ilin iyulunda Çinli əməkdaşlarla münasibətləri məhdudlaşdıran dar çərçivəli qadağa qəbul edilmişdi. Börns bu qadağanı genişləndirərək, Çin vətəndaşları ilə hər cür münasibətə tam qadağa qoyub.

Qaydaların sərtləşdirilməsinə səbəb Çin xüsusi xidmət orqanlarının artan fəallığı olub. ABŞ kəşfiyyatına görə, Çin rəsmiləri "bal tələsi" (honey trap) kimi üsullardan istifadə edərək məxfi məlumatlar toplamağa çalışır.

ABŞ diplomatlarına Çində bu cür əməkdaşlığa cəlb etmə cəhdlərinə qarşı xüsusi təlimlər keçirilib.

Dövlət Departamenti daxili göstərişlərlə bağlı şərh verməkdən imtina edib, Milli Təhlükəsizlik Şurası isə sualları Dövlət Departamentinə yönəldib. Çin Xarici İşlər Nazirliyi də yeni qadağa ilə bağlı konkret açıqlama verməyib.


N.Təbrizli

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol