• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniya və Avstriyadan Serb Prezidentinə qadağa

Almaniya və Avstriyadan Serb Prezidentinə qadağa
03.04.2025 23:37

Almaniya və Avstriya Serb Respublikasının Prezidenti Milorad Dodikə və iki serb siyasətçisinə ölkəyə girişini qadağan etmək qərarına gəliblər.Bu barədə Avstriya Xarici işlər naziri Beate Maynl-Rayzinger və Almaniyanın XİN-inin təmsilçisi Anna Lürman açıqlama veriblər.

Onların fikrincə, Bosniya və Herseqovinada "konstitusiya böhranına görə məsuliyyət daşıyanlara qarşı təcili olaraq əlavə tədbirlər görməyə" ehtiyac var. Bu səbəbdən, Dodik də daxil olmaqla, Serb Respublikasından olan üç siyasətçinin Avstriya və Almaniyaya girişinə qadağa qoyulub.

Diplomatlar iddia edirlər ki, Dodik “qanunun qırmızı xəttini keçib” və o, “Qərbi Balkan dövlətlərinin təhlükəsizliyini, sabitliyini, konstitusiya quruluşunu və bütövlüyünü təhdid edir”.

26 fevral 2025-ci ildə Bosniya və Herseqovina məhkəməsi Dodiki beynəlxalq ictimaiyyətin ölkədəki ali nümayəndəsi Kristian Şmidtin qərarlarını görməməzlikdən gəldiyinə görə bir il həbs cəzasına və altı il müddətinə siyasi fəaliyyətdən uzaqlaşdırılmağa məhkum edib.

Dodik məhkəmənin onun həbs edilməsi barədə qərarına baxmayaraq, ölkəni tərk etmək fikrində olmadığını bildirib.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol