• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə iqtisadi boykotla bağlı saxlanılanlar zaminə buraxılıb

Türkiyədə iqtisadi boykotla bağlı saxlanılanlar zaminə buraxılıb
04.04.2025 00:03

İstanbul məhkəməsi sosial şəbəkələrdə iqtisadi boykot çağırışı etdiyi üçün saxlanılan 11 nəfəri istintaqa qədər azadlığa buraxıb.Bu barədə TRT telekanalı xəbər verib.Prokurorluq həbs qətimkan tədbirində israrlı olmayıb, saxlanılan şəxslərə məhkəmə nəzarəti tədbirlərinin tətbiq edilməsini istəyib.

Məhkəmə vəsatəti təmin edib və 11 nəfər girov müqabilində və ayda iki dəfə polisə müraciət etmək öhdəliyi ilə azadlığa buraxıb. Saxlanılanlar arasında tanınmış aktyor Cem İgit Üzümoğlu da var.

Müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası və tərəfdarları hökumətin siyasətinə və İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun həbsinə etiraz olaraq iqtisadi boykot təşəbbüsü ilə çıxış ediblər.

Onlar müxalifətin hökumətyönlü hesab etdiyi, bu və ya digər dərəcədə ölkə rəhbərliyinə bağlı olan və ya ona rəğbət bəsləyən bütün şirkətlərdən mal alınmasına son qoymağa çağırırlar. Siyahıya media qurumları, pərakəndə satış mağazaları, kafe və restoranlar, avtomobil istehsalçıları da daxildir.

Hakimiyyət müxalifətin boykot təşəbbüsünü kəskin tənqid edib və bu cür hərəkətləri “iqtisadi terrorizm” adlandırıb.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol