• $
  • €
  • ₽
  • ₺
  • £

ÜST pandemiya ilə mübarizə sazişinin yekun variantını hazırlayıb

ÜST pandemiya ilə mübarizə sazişinin yekun variantını hazırlayıb
16.04.2025 13:36

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv ölkələr illərdən bəri davam edən danışıqlardan sonra pandemiya ilə mübarizə sazişi üzrə sənədin yekun mətnini hazırlayıb.

Təşkilatın press-relizində sənədin mayda Cenevrədə baş tutacaq Ümumdünya Səhiyyə Assambleyasında səsverməyə çıxarılacağı gözlənilir.

“Üç ildən çox davam edən intensiv danışıqlardan sonra üzv dövlətlər dünyanı pandemiyadan qorumaq istiqamətində böyük addım atdılar”, -  sənədin mətnində bildirilir.

Saziş gələcək pandemiya təhlükələrinin qarşısının alınması, hazırlıq və cavab tədbirləri sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə yönəlib. ÜST-nin məlumatına görə, gələcək sazişlər çərçivəsində dövlətlər öz sərhədləri daxilində ictimai səhiyyə məsələlərinin həllinə nəzarəti tam olaraq özlərində saxlayacaqlar.

Ümumdünya Səhiyyə Təşkilatına üzv ölkələr patogenlərə çıxışı təmin etmək və bununla bağlı faydaları bölüşmək, həmçinin pandemiya ilə bağlı peyvəndlərin, testlərin və digər tibbi ləvazimatların istehsalı üçün bilik və texnologiyanın ötürülməsində bir-birinə kömək etmək üçün sistem qurmaq barədə razılığa gəliblər. Bundan əlavə, saziş inkişaf etməkdə olan ölkələrə yardım etmək üçün əlaqələndirici maliyyə mexanizminin qurulmasını, eləcə də qlobal təchizat zəncirinin və logistika şəbəkəsinin yaradılmasını əhatə edir.

COVID-19 virusunun yayılması ilə əlaqədar 2020-ci il yanvar ayının sonundan 2023-cü il mayın 5-dək bütün dünya üzrə fövqəladə vəziyyət rejimi qüvvədə olub. Ümumdünya Səhiyyə Təşkilatının 2025-ci il martın 23-nə olan məlumatına görə, dünyada koronavirusa 777 milyon 684 min 506 yoluxma və 7 milyon 92 min 720 ölüm halı qeydə alınıb.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol