• $
  • €
  • ₽
  • ₺
  • £

Fox News Kiyevi Rusiya şəhəri adlandırıb

Fox News Kiyevi Rusiya şəhəri adlandırıb
20.04.2025 13:56

Fox News-un Pasxa yayımında Kiyevi "Rusiya şəhəri" kimi təqdim etməsi Ukraynanın sərt reaksiyasına səbəb olub.Bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixinin X sosial şəbəkəsində paylaşım edib.

Amerika Birləşmiş Ştatlarının Fox News telekanalı, Pasxa bayramı münasibətilə Kiyevdə keçirilən dini ayini yayımlayarkən, Ukraynanın paytaxtını "Kiyev, Rusiya" kimi təqdim edib. Bu hadisə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) kəskin etirazına səbəb olub.

XİN-in sözçüsü Georgiy Tixiy, sosial şəbəkə paylaşım edərək, əgər bu hadisə səhv idisə, Fox News-un rəsmi üzr istəməsi və məsul şəxsin müəyyən olunaraq cəzalandırılması üçün araşdırma aparılmasının vacibliyini vurğulayıb.

Hadisə, Fox News-un Kiyevdəki Müqəddəs Mixayıl Qızılgümüş Kilsəsindən və Moskvadakı Xilaskar Məsih Kilsəsindən Pasxa ayinlərini eyni vaxtda yayımladığı zaman baş verib. İlkin olaraq, Kiyevdən olan yayım "Kiyev, Ukrayna" kimi təqdim edilsə də, qısa fasilədən sonra bu yazı "Kiyev, Rusiya" olaraq dəyişdirilib və bu səhv təxminən 30 dəqiqə davam edib.

Bu hadisə, Ukrayna ictimaiyyətində və beynəlxalq mediada geniş rezonans doğurub və Fox News-un bu səhvi, Ukraynanın suverenliyinə qarşı hörmətsizlik kimi qiymətləndirilib.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol