• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda gedişhaqqının artırılmasına etiraz edənlər yolu bağlayıblar

Ermənistanda gedişhaqqının artırılmasına etiraz edənlər yolu bağlayıblar
22.04.2025 10:55

Ermənistanın Proşyan və Kasax kəndlərinin sakinləri yenidən etiraz aksiyası keçirərək bu kəndləri İrəvanla birləşdirən avtobus marşrutlarının ləğvi haqqında qərara yenidən baxılmasını tələb ediblər.

Bu barədə Ermənistan mətbuatıı xəbər verir ki, etirazçılar Kotayk qubernatoru Aaron Saakyanın aksiyanın keçirildiyi əraziyə gəlməsini tələb edirlər. Əks halda onlar Aştarak-İrəvan yolunu bağlayacaqlar.

Kasax və Proşyanı İrəvanla birləşdirən 25 və 59 nömrəli avtobus marşrutlarının fəaliyyətinin dayandırılmasına etiraz edən sakinlər onların əvəzinə indi daha bahalı mikroavtobusların işlədiyini bildiriblər.

Etirazçılar yolu bağlamaq niyyətləri barədə əvvəlcədən xəbərdarlıq ediblər. Hadisə yerinə polis qüvvələri cəlb edilib.

Aprelin 9-da Kasax və Proşyan sakinlərinin hökumət nümayəndələri ilə görüşü keçirilib. Həmin vaxt onlara problemin həll olunacağı və tariflərin dəyişməyəcəyi vəd edilib. Lakin kənd sakinlərinin sözlərinə görə, heç bir dəyişiklik baş verməyib. Hakimiyyətin qərarına əsasən, sərnişindaşıma xidmətini artıq İrəvan meriyası deyil, "Multitransport" şirkəti yüksək tariflərlə həyata keçirəcək. Əvvəllər gedişhaqqı 100 və 150 dram idisə, indi bu məbləğ 250 ($0,64) və 200 dram olacaq.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol