• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Çin və İrana yeni sanksiyalar tətbiq edib

ABŞ Çin və İrana yeni sanksiyalar tətbiq edib
29.04.2025 23:52

ABŞ Maliyyə Nazirliyi İran ballistik raketləri üçün yanacaq komponentlərinin tədarükünə kömək etdiklərinə görə Çin və İranda bir neçə fiziki və hüquqi şəxsi sanksiya siyahısına daxil edib.Bu barədə qurumun mətbuat açıqlamasında deyilir.

“Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İran və Çində altı qurum və altı şəxsə qarşı İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) maraqları naminə ballistik raket yanacağı komponentlərinin əldə edilməsi şəbəkəsindəki rollarına görə sanksiyalar tətbiq edib”, – Maliyyə Nazirliyi açıqlayıb.

Sanksiyalar xüsusilə İranda yerləşən “Saman Tejarat Barman Trading Company” (STB) şirkətinə qarşı tətbiq edilib ki, bu şirkət “Sepah”ın maraqları üçün Çində yerləşən və qara siyahıya daxil edilən “Shenzhen Amor Logistics Co Ltd” şirkətindən natrium perxlorat alıb. Məhdudiyyətlər STB ilə əlaqəli altı şəxsə qarşı tətbiq edilib.

Sanksiyalar həmçinin STB-ni başqa bir maddə – dioktilebatsinat ilə təmin edən “Dongying Weiaien Chemical Co Ltd” şirkətinə də tətbiq edilib.

Həmçinin sanksiya siyahılarına natrium xlorat tədarük edən Çində yerləşən “Yanling Chuanxing Chemical Plant General Partnership” şirkəti və “Yanling Chuanxing Chemical Plant General Partnership” ilə maliyyə və kadr sahəsində əlaqəli olan “China Chlorate Tech Co Limited” və “Yanling Lingfeng Chlorate Co Ltd” şirkətləri də daxil edilib.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol