• $
  • €
  • ₽
  • ₺
  • £

İran istənilən vəziyyətdə İsrailə cavab verəcəyini açıqlayıb

İran istənilən vəziyyətdə İsrailə cavab verəcəyini açıqlayıb
05.05.2025 14:14

İran İsrailin istənilən təcavüzünə qəti və “bütün gücü ilə” cavab verəcək. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi İsrailin baş naziri Benyamin Netanyahunun Yəmənin Ənsar Allah hərəkatı tərəfindən Ben Qurion hava limanını atəşə tutmasında iştirak etdiyi iddiası ilə Tehrana qarşı təhdidlərini şərh edərkən deyib.

"Biz bütün gücümüzlə istənilən təcavüzə mütləq ən qəti şəkildə cavab verəcəyik. Buna şübhə etməyin", - o, mətbuat konfransı zamanı vurğulayıb.

Bəqayın fikrincə, Tehrana haradan hücum edilməsinin əhəmiyyəti olmayacaq; cavab istənilən istiqamətdən gələcək.

Bazar günü Netanyahu deyib ki, Yəmənin Ənsar Allah hərəkatından olan husi üsyançılarının hərəkətlərinin arxasında İran dayanır və İsrailin Tehrana “açıq mesaj göndərəcəyinə” əmin olub.

Mayın 4-ü səhər saatlarında İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü hərbçilərin İsrail ərazisi istiqamətində bir raket atdığını qeydə aldığını və onun qarşısını almağa cəhd edildiyini bildirib. İsrail ordusu daha sonra raket qalıqlarının Ben Qurion hava limanı ərazisinə düşdüyünü bildirib. Yəmən husilərinin sözçüsü bildirib ki, üsyançılar hava limanını hipersəs ballistik raketlə vurublar. 

Aytac 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol