• $
  • €
  • ₽
  • ₺
  • £

Tehranın “qırmızı xətt” oyunu: Hörmüz boğazı üzərində artan risklər

Tehranın “qırmızı xətt” oyunu: Hörmüz boğazı üzərində artan risklər
17.06.2025 08:52

İsrailin İranın hərbi və nüvə obyektlərinə zərbələrindən sonra Tehran Hörmüz boğazının bağlanması ehtimalını ciddi şəkildə gündəmə gətirib. Boğazın bağlanması dünya enerji bazarlarına ciddi təsir göstərə və ABŞ-ı birbaşa münaqişəyə cəlb edə bilər.

İran iyunun 13-də dövlət xəbər agentliyi IRNA vasitəsilə bəyan edib ki, əgər İsrailin hücumları davam edərsə, Tehran "ağır addımlar", o cümlədən Hörmüz boğazının bağlanması və Fars körfəzində ABŞ-ın maraqlarına zidd tədbirlər barədə düşünür.

İyunun 14-də Milli Təhlükəsizlik Komitəsinin üzvü İsmayıl Xodari bildirib ki, boğazın bağlanması "ciddi müzakirə olunur".

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Nəssius Hüseyni isə deyib ki, bu variant hələ də mövcuddur, lakin Tehranın ilk seçimi deyil.

ABŞ Dövlət Departamenti isə cavab olaraq bildirib ki, İranın bu cür addımı “qırmızı xəttin keçilməsi” kimi qiymətləndiriləcək.

ABŞ bölgəyə əlavə aviadaşıyıcı göndərib və Fars körfəzində hərbi hazırlıq səviyyəsini artırıb.

Amerikalı rəsmilər Səudiyyə Ərəbistanı və BƏƏ ilə koordinasiyanı gücləndiriblər.

Kəşfiyyat orqanlarının fikrincə, İran birbaşa qarşıdurmadan qaçmaq üçün Yəmən və İraqdakı müttəfiqləri vasitəsilə hərəkət etməyə hazırlaşır. 

Ekspertlər hesab edirlər ki, Hörmüz boğazının bağlanması neftin qiymətini 150 dollara qədər artıra və Çin, Hindistan kimi əsas enerji istehlakçılarının iqtisadiyyatına mənfi təsir göstərə bilər.

Radikal ideologiyasına baxmayaraq, İranın "molla rejimi" öz mövcudluğunu təmin etməyə ciddi önəm verir və “öz ayağına güllə atacaq” qədər irrasional hərəkətə getməz.

Eyni zamanda İran təzyiq vasitəsi kimi Hörmüz boğazını tam bağlamadan başqa alternativlərə əl ata bilər — ticarət gəmilərinə gizli hücumlar, Fars körfəzindəki hərbi mövqelərindən zərbələr və ya kiçik gəmi yollarının qismən bağlanması kimi addımlar ehtimal olunur. 

Nəticə etibarilə, bu gün Yaxın Şərqdə gərginliyin əsas oxu üç paytaxt — Vaşinqton, Qüds və Tehran arasında formalaşır. İsrail İranın nüvə proqramını sıradan çıxarmağa çalışdığı, Tehran isə “sionist rejim”ə ballistik raketlərlə cavab verdiyi bir vaxtda ABŞ müttəfiqinə dəstək və qlobal eskalasiyanın qarşısını almaq arasında balans saxlayır.

Fars körfəzi ölkələri bölgədə sabitliyin saxlanmasında maraqlıdırlar, lakin onların İran-İsrail qarşıdurmasına real təsir imkanları məhduddur. Bu isə Yaxın Şərqi dönməz hadisələrə bir addım yaxınlaşdırır.

Nəticədə əsas sual yalnız İranın Hörmüz boğazını bağlayıb-bağlamayacağı deyil. Əsas məsələ — əgər Tehran bunu etməyə cəhd göstərsə, bunun dünyaya nə qədər baha başa gələcəyidir?Buna görə də İranın bu riskli addımı atması ehtimalı azdır.

İstiqamət: 6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 

N.Təbrizli


 

 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol