• $
  • €
  • ₽
  • ₺
  • £

Polşa XİN Rusiyaya etiraz notası göndərib

Polşa XİN Rusiyaya etiraz notası göndərib
21.08.2025 19:10

Polşa Xarici İşlər Nazirliyi ölkənin şərqində pilotsuz uçuş aparatının (PUA) düşməsi ilə bağlı Rusiya tərəfinə etiraz notası göndərib.

Nazirliyin saytında yayılan məlumatda qeyd olunub ki, Polşa hökuməti Rusiyanı qəsdən təxribat təşkil etməkdə və ölkənin suverenliyinə hörmətlə bağlı öhdəliklərini pozmaqda ittiham edir.

Hadisə avqustun 20-də, saat təxminən 02:00-da (Bakı vaxtı ilə 04:00), Lyublin voyevodalığının Osiny kəndində qarğıdalı tarlasında baş verib. Partlayış yaxınlıqdakı evlərin pəncərələrini sındırsa da, xəsarət alan olmayıb.

Regional prokurorluğun nümayəndəsi hadisəni araşdıran zaman, həmin obyektin ehtimal ki, pilotsuz uçuş aparatı olduğunu və Belarus istiqamətindən gəldiyini bildirib.

Polşanın Müdafiə Naziri Władysław Kosiniak‑Kamysz dronun Rusiyaya məxsus olduğunu iddia edib.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol