• $
  • €
  • ₽
  • ₺
  • £

Uitkoff və Əraqçi İrandakı vəziyyəti müzakirə edib

Uitkoff və Əraqçi İrandakı vəziyyəti müzakirə edib
12.01.2026 19:10

İranın xarici işlər naziri Abbas Əraqçi ölkədə davam edən etiraz və iğtişaşlar fonunda həftəsonu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla əlaqə saxlayıb.Bu barədə "Axios" iki məlumatlı mənbəyə istinadən bildirib.

Agentlik qeyd edib ki, bu, nüvə danışıqlarının dalana dirənməsinə və iki ölkə arasında təhdid mübadiləsinə baxmayaraq, Vaşinqton və Tehran arasında birbaşa əlaqə kanalının hələ də açıq olduğuna dair ilk işarədir.

Məlumata görə, Əraqçi və Uitkoff yaxın günlərdə görüş keçirmək imkanını müzakirə ediblər.

Mənbələr onların telefon danışığı və ya məlumat mübadiləsi apardığını təsdiqləməyib. Ağ Ev və Dövlət Departamenti də şərh verməkdən imtina edib.

Vaşinqton administrasiyasının rəhbəri Donald Tramp bazar günü bildirib ki, İran bir gün əvvəl ABŞ-yə nüvə sazişi ilə bağlı danışıqlar aparmağı təklif edib.

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ötən həftə jurnalistlərə ABŞ-nin İranla yeni sazişlə bağlı danışıqlara açıq olduğunu söyləyib.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol