• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Venesuela neftini daşıyan daha bir tankeri ələ keçirib - Yenilənib

ABŞ Venesuela neftini daşıyan daha bir tankeri ələ keçirib - Yenilənib
15.01.2026 20:11

ABŞ qüvvələri Karib dənizində Venesuelaya bağlı neft daşıyan tanker “Veronica”nı saxlayıb və bu, ABŞ tərəfindən saxlanılan altıncı neft tankeri olub.

ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı sosial media hesabında verdiyi açıqlamada bildirib ki, dəniz piyadaları və dənizçilər Daxili Təhlükəsizlik Nazirliyinin dəstəyi ilə “Gerald R. Ford” aviadaşıyıcısından çıхaraq tankeri “heç bir insident olmadan” ələ keçiriblər. 

Komandanlıq açıqlamasında qeyd edib ki, “Veronica” ABŞ Prezidenti Donald Tramp tərəfindən Karib dənizində qüvvəyə minmiş sanksiyalı gəmilər üçün karantin qaydalarını pozub. 

Məlumata görə, tanker Qayana bayrağı altında fəaliyyət göstərib. 

Bazar ertəsi Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlərə bildirib ki, Vaşinqton administrasiyası ABŞ icazəsi olmadan Venesueladan çıxan tankerlərin saxlanmasına davam edəcək. 

***

ABŞ Venesuela ilə əlaqəli daha bir tankeri ələ keçirib.

Bu barədə iki anonim ABŞ rəsmisi “Reuters“ agentliyinə məlumat verib.

Mənbələrin bildirdiyinə görə, hadisə ilə bağlı hələlik əlavə təfərrüatlar açıqlanmayıb.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol