• $
  • €
  • ₽
  • ₺
  • £

Fevralın 6-da keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib - Yenilənib

Fevralın 6-da keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib - Yenilənib
04.02.2026 21:56

ABŞ və İran arasında fevralın 6-na Omanda keçirilməsi planlaşdırılan nüvə danışıqları ləğv edilib.Bu barədə “Axios” portalı ABŞ rəsmilərinə istinadla xəbər verib.

Portalın məlumatına görə, Tehran danışıqların yalnız nüvə proqramı ətrafında fokuslanmasını tələb edib və nüvə məsələsindən kənar mövzuların müzakirəsindən imtina edib. ABŞ isə İranın bu tələbinə razılaşmayıb.

“Biz onlara dedik ki, ya bu variantdır, ya da heç nə olmayacaq. Onlar isə: ‘Yaxşı, onda heç nə’, — cavab verdilər,” — yüksək səviyyəli amerikalı rəsmi qeyd edib.

Rəsmi Vaşinqton bildirib ki, əgər İran ilkin formatı qəbul edərsə, görüş bu və ya gələn həftə yenidən təşkil oluna bilər. 

***

İran və ABŞ fevralın 6-da Omanda xarici işlər naziri Abbas Əraqçi və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə gələcək nüvə razılaşması barədə danışıqlar aparacaq.Bu barədə ISNA agentliyi məlumat yayıb.

"Danışıqların formatı əvvəlki kimi qalacaq.Tərəflər Oman tərəfinin vasitəçiliyi ilə dolayı danışıqlar aparacaqlar. Görüşə ABŞ Prezidentinin kürəkəni Cared Kuşner də qoşula bilər,"- məlumatda bildirilib.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol