• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ–İran danışıqları cümə günü Omanda keçiriləcək

ABŞ–İran danışıqları cümə günü Omanda keçiriləcək
05.02.2026 10:30

ABŞ və İran arasında danışıqların növbəti mərhələsi cümə günü Omanın paytaxtı Məsqətdə keçiriləcək. Tərəflər görüşün yerini təsdiqləsə də, danışıqların gündəliyi ilə bağlı fikir ayrılıqları qalır.

Vaşinqton İranın ballistik raket proqramının da müzakirə olunmasını tələb edir. Tehran isə yalnız nüvə proqramı ilə bağlı danışıqlara hazır olduğunu bildirir.

Danışıqlar regionda artan gərginlik fonunda keçirilir. ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır, regional oyunçular isə tammiqyaslı müharibəyə çevrilə biləcək toqquşmadan yayınmağa çalışırlar. Son günlərdə görüşün mövzusu və yeri ətrafında yaranan fikir ayrılıqları danışıqların baş tutub-tutmayacağına dair suallar doğurub.

ABŞ prezidenti Donald Tramp çərşənbə günü NBC News-a müsahibəsində İranın Ali Lideri Ayətullah Əli Xameneinin narahat olub-olmaması ilə bağlı suala cavabında “bəli, çox narahat olmalıdır” deyib. Tramp əlavə edib ki, “onlar bizimlə danışıqlar aparırlar”, lakin detalları açıqlamayıb.

Bu açıqlamadan sonra ABŞ və İran rəsmiləri danışıqların İstanbuldan Məsqətə köçürüldüyünü təsdiqləsə də, gündəmlə bağlı razılaşmanın əldə olunmadığını bildiriblər.

İran tərəfi israr edir ki, danışıqlar Qərblə illərdir davam edən nüvə mübahisəsi ilə məhdudlaşmalıdır. ABŞ dövlət katibi Marko Rubio isə bildirib ki, Vaşinqton dialoqa açıqdır, lakin müzakirələr İranın ballistik raket proqramını, regiondakı silahlı qruplara dəstəyini və insan haqları məsələlərini də əhatə etməlidir.

Danışıqlarda ABŞ prezidentinin kürəkəni Cared Kuşner, ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff və İranın xarici işlər naziri Abbas Əraqçinin iştirak edəcəyi gözlənilir.

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol