• $
  • €
  • ₽
  • ₺
  • £

Pakistan-Əfqanıstan sərhədində yenidən atışma olub

Pakistan-Əfqanıstan sərhədində yenidən atışma olub
26.02.2026 21:58

Pakistan və Əfqanıstan sərhədində silahlı toqquşmalar baş verib.Bu barədə Əfqanıstanın "Tolo News" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Sərhədçilər arasında qarşıdurma Nanqarhar əyalətinin Nazyan rayonunda, Dürand xətti yaxınlığında qeydə alınıb. "Sinxua" agentliyinin məlumatına görə, hazırda sərhəddə vəziyyət sabitləşib. Xəsarət alanlar barədə isə məlumat verilməyib.

Fevralın 22-də Pakistanın İnformasiya Nazirliyi ölkə hərbçilərinin "Təhrik-i-Taliban Pakistan" və "İslam Dövləti - Xorasan vilayəti" qruplaşmalarının Əfqanıstandakı mövqelərinə zərbələr endirdiyini açıqlayıb. Bildirilib ki, əməliyyat Pakistanda baş vermiş son terror aktlarına, o cümlədən İslamabaddakı məsciddə törədilən partlayışa cavab olaraq həyata keçirilib.

Əfqanıstan hakimiyyəti isə Pakistanın hücumu nəticəsində onlarla mülki şəxsin öldüyünü iddia edərək bunu "təxribat aktı" adlandırıb və ərazi bütövlüyünün pozulmasına cavab vermək hüququnu özündə saxladığını bəyan edib.

Dürand xətti üzrə sərhəd mübahisəsi 1893-cü ildən davam edir və tərəflər arasında dəfələrlə silahlı insidentlərə səbəb olub.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol