• $
  • €
  • ₽
  • ₺
  • £

NASA Aya astronavt göndərilməsini bir il təxirə salıb

NASA Aya astronavt göndərilməsini bir il təxirə salıb
27.02.2026 23:54

NASA "Artemis" Ay proqramında dəyişiklik edərək Aya planlaşdırılan missiyanı bir il müddətinə təxirə salıb.Bu barədə "Bloomberg" məlumat yayıb.

Agentlik çoxmilyardlıq SLS raketinin modernizasiyasından imtina edib və birbaşa eniş əvəzinə Yerə yaxın orbitdə əlavə sınaq uçuşu keçirməyi qərara alıb.

Yeni plana əsasən, 2027-ci ildə "Artemis 3" missiyası çərçivəsində "Orion" gəmisindəki astronavtlar Yer orbitində "SpaceX" və "Blue Origin" şirkətlərinin hazırladığı kommersiya eniş modulları ilə birləşmə əməliyyatını sınaqdan keçirəcəklər. Aya eniş isə 2028-ci ilə planlaşdırılan "Artemis 4" missiyasına saxlanılıb.

NASA, həmçinin SLS raketinin daha güclü versiyasının hazırlanmasından imtina edərək, standart konfiqurasiyaya üstünlük verəcək. Qərar proqramda gecikmələr və büdcə artımı fonunda riskləri və xərcləri azaltmağa yönəlib.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol