• $
  • €
  • ₽
  • ₺
  • £

Bayramov fransalı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib

Bayramov fransalı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib
03.03.2026 18:46

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baro arasında telefon danışığı baş tutub.Bu barədə XİN məlumat yayıb.

Danışıq zamanı tərəflər Yaxın Şərq regionunda mövcud gərgin təhlükəsizlik vəziyyətini və artan hərbi eskalasiyasını müzakirə ediblər. 

Nazirlər bölgədə vəziyyətin daha da kəskinləşməsinin regional və beynəlxalq təhlükəsizlik üçün ciddi risklər yaratdığını qeyd edib, diplomatik səylərin və dialoqun bərpa olunmasının vacibliyini vurğulayıblar.

Fransa naziri yaranmış mürəkkəb şəraitdə Fransa vətəndaşlarının İran İslam Respublikasından təxliyyəsi prosesində Azərbaycan tərəfindən göstərilən dəstəyə görə təşəkkür ifadə edib və bu istiqamətdə əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Tərəflər Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar. İki ölkə Prezidentinin Kopenhagen görüşü nəticəsində, qarşılıqlı maraq doğuran sahələrdə dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Dünya 19:01
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol