• $
  • €
  • ₽
  • ₺
  • £

“Azeri Light” nefti 6,8% bahalaşaraq 87,9 dollara yüksəlib

“Azeri Light” nefti 6,8% bahalaşaraq 87,9 dollara yüksəlib
06.03.2026 09:40

Dünya bazarında Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti artıb. Bir barelin qiyməti 5,61 ABŞ dolları və ya 6,82 % yüksələrək 87,90 ABŞ dolları təşkil edib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçersləri 87,71 ABŞ dolları səviyyəsində formalaşıb.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin qiyməti 5,34 ABŞ dolları və ya 6,82 % artaraq 83,69 ABŞ dollarına çatıb.

Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb. Bu isə hazırkı qiymətin büdcə proqnozundan xeyli yüksək olduğunu göstərir.

Məlumat üçün bildirək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il 21 aprel tarixində 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub.

Azərbaycanda bu markalı neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə müqavilə çərçivəsində hasil edilir. Müqaviləyə əsasən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 % təşkil edir.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Dünya 19:01
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol