• $
  • €
  • ₽
  • ₺
  • £

Saatlıda qonşularını qətlə yetirən ata və oğulun cəzası artırılıb

Saatlıda qonşularını qətlə yetirən ata və oğulun cəzası artırılıb
06.03.2026 16:30

Saatlıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən ata və oğulun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

 Şirvan Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hər iki təqsirləndirilənin cəzası 1 il artırılıb. Elşad Abbasova 19 il 6 ay, oğlu Elçin Abbasova isə 16 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Xə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Elşad Abbasov 18 il 6 ay, oğlu Elçin Abbasov isə 15 il müddətə azadlıqdan məhrum edilmişdi.

Qeyd edək ki, hadisə ötən il fevralın 5-də rayonun Şirinbəyli kəndində baş verib. Belə ki, Elşad Abbasov və oğlu Elçin Abbasov kənd ərazisindəki sahədə qonşusu Mirhəsən Seyidovu avtomobildə tamah məqsədilə məftillə boğaraq qəsdən öldürüb. Daha sonra hadisənin gizlədilməsi məqsədilə meyitin ayağına daş bağlanılıb və həmin ərazidəki su kollektoruna atılıb.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (Quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə yekun ittiham elan olunub.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Dünya 19:01
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol