Müstəqillik meydanında 10 hərbçi xəsarət aldı

Kiyevin Müstəqillik meydanında dekabrın 10-dan 11-nə keçən gecə 10 hərbçi xəsarət alıb.APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna DİN-in açıqlamasında bildirilir. “Gecə saat 4.00-da əldə olunan məlumata görə, Daxili Qoşunların 10 hərbçisi bədən xəsarətləri alıb”, deyə nazirliyin açıqlamasında bildirilir. DİN-in məlumatına görə, etirazçılar daxili işlər orqanlarına xəsarətlər yetirərək, qalxan və qoruyucu dəbilqələri alırlar. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib























