• $
  • €
  • ₽
  • ₺
  • £

CENTCOM: ABŞ Silahlı Qüvvələri İranda 8 mindən çox hədəfi məhv edib

CENTCOM: ABŞ Silahlı Qüvvələri İranda 8 mindən çox hədəfi məhv edib
21.03.2026 17:32

ABŞ və İsrailin İrana qarşı əməliyyatı başlayandan bəri ABŞ hərbçiləri 8 mindən çox hədəfi, o cümlədən 130-dan çox hərbi gəmini məhv edib.

Bu, ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığının (CENTCOM) bəyanatında bildirilib.

"Hazırda biz 8 mindən çox hərbi hədəfi, o cümlədən 130 İran gəmisini vurmuşuq - bu, İkinci Dünya müharibəsindən bəri üçhəftəlik dövr ərzində hərbi dəniz qüvvələrinin ən böyük miqyasda məhv edilməsidir", - bəyanatda qeyd olunub.

CENTCOM-dan, həmçinin vurğulanıb ki, ABŞ İran sahilindəki yeraltı obyektə 5 min funtluq bir neçə bomba ilə zərbələr endirib.

"Bu möhkəmləndirilmiş obyekt gəmi əleyhinə qanadlı raketlərin, mobil buraxılış qurğularının və beynəlxalq gəmiçilik üçün təhlükə yaradan digər avadanlıqların saxlanması üçün istifadə olunurdu", - bəyanatda qeyd edilib.

Bildirilib ki, əməliyyat zamanı təkcə obyektin özü deyil, həm də kəşfiyyat məntəqələri, eləcə də gəmilərin hərəkətini izləyən radiolokasiya sistemləri məhv edilib.

CENTCOM-dan vurğulanıb ki, nəticədə İranın Hörmüz boğazında naviqasiya azadlığına təhdid yaratmaq imkanları əhəmiyyətli dərəcədə azaldılıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Dünya 19:01
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol