• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD-ın yeni təbliğatı - FOTOLAR

İŞİD-ın yeni təbliğatı - FOTOLAR
28.11.2014 17:26
"Mən sən kafiri öldürən olacam”.Sosial şəbəkələrdə "İslam dövləti” ekstremist terror təşkilatının yeni təbliğat çarxı yayılıb. 
 
 

ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, videoda Qazaxıstandan olan ekstremist uşaqların tərbiyə və təlim prosesi göstərilib. Videonun adı "Xeyirə doğru” adlanır. Dialoq iki dildə: qazax və ərəb dilində aparılır, ingilis dili də daxil olmaqla üç subtitr ilə müşayiət edilir. İlk kadrlarda İD-nin qara bayrağı ilə ağ atlı yer alır. Hamı eyni rəngli hərbi forma geyinib, yalnız başçılar qara rəngli formadadırlar. Kadr arxası səs: "Qazaxıstan torpaqlarından olan yeni qardaşlarımızla tanış olun” deyilir. Qazax yaraqlılarından biri ekstremistlərin təlim düşərgəsində necə hazırlıq keçdiyindən danışır. "Yaxın günlərdə onlar "İslam dövləti” ordusuna daxil olmağa hazır olacaqlar”, - kadr arxası səsdə deyilir.

 

 

Gənc dinləyicilər ərəb dilində "Allah böyükdür!” deyirlər, bundan sonra isə ekranda uşaqlar – gələcək ekstremistlər peyda olur. Avtobus onları dini məktəbə aparır. Uşaqlara oxuma və yazma ilə yanaşı, "sabahın mücahidləri”ni hazırlamaq üçün hərbi hazırlıq dərsləri də keçirlər. Qazaxıstandan olan uşaqlara bunlarla yanaşı şəriəti də öyrədirlər."Biz uşaqlığımızı bu şərafətdən kənarda keçirmişik. Bizi ateizm ruhunda tərbiyə ediblər, indi isə biz sığınacaq tapmışıq: Allah”, - müəllimlərdən biri deyir. "Bizim uşaqlar xoşbəxtdirlər. Onlar Quranın kölgəsində yaşayırlar”, - təxribat çarxının digər personajı deyir. Allahın gələcək döyüşçülərinə tapançadan istifadə etməyi və taktiki manevrlər öyrədirlər. Oğlanlar məşq edir və döyüş sənətini öyrənirlər. Qazax uşaqlarından biri Abdulla deyir: "Mən düşərgədə məşq edirəm”. "Sən böyüyəndə kim olacaqsan?” sualına o, "Mən sən kafiri öldürən olacam. Mən mücahid olacam” cavabını verir.
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol