• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il 128 jurnalist həlak olub

Bu il 128 jurnalist həlak olub
15.12.2014 21:07
2014-cü ildə 32 ölkədə 128 jurnalist həlak olub.

ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə BMT nəzdində fəaliyyət göstərən, baş qərargahı Cenevrədə yerləşən Press Emblem Campaign (PEC) QHT-nin illik hesabatında bildirilib.

Məruzədə deyilir ki, jurnalistlərin əksər ölüm sayı Yaxın Şərqin payına düşür. Jurnalistlərin çoxu Fələstin, Suriya, İraq, Pakistan və Ukraynada qaynar nöqtələrdə öz xidməti borclarını yerinə yetirərkən həlak olublar. Jurnalistlərin həlak olduğu ölkələrin siyahısına Qəzza başçılıq edir, burada son il ərzində israillilərin hücumu nəticəsində 16 jurnalist dünyasını dəyişib. Qəzza bölgəsinin ardınca 13 jurnalistin həlak olduğu Suriya, 12 jurnalistin həlak olduğu Pakistan və 10 jurnalistin həlak olduğu İraq gəlir.

Sənəddə eləcə də dünyada jurnalistlər üçün ən təhlükəli regionun İraq olduğu qeyd edilib. Burada jurnalistlərin çoxu "İraq və Şam İslam Dövləti”nin yaraqlılarının hücumu nəticəsində həlak olub. Ukraynada qarşıdurmalar nəticəsində 9 jurnalist həlak olub, sənədin müəllifi onlardan 4-nün Rusiya vətəndaşı olduğunu bildirib.

Bundan başqa, ötən il ərzində Meksikada 8, Əfqanıstanda 6, Honduras və Somalidə 5, Braziliyada 4 və Mərkəzi Afrika Respublikasında 4 jurnalist vəfat edib.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol