• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan ən yaxşı ölkələr reytinqində irəlilədi

Azərbaycan ən yaxşı ölkələr reytinqində irəlilədi
18.12.2014 11:24
Azərbaycan "Forbes”in biznes üçün ən yaxşı ölkələr reytinqində irəliləyib

"Dağlıq Qarabağ münaqişəsi iqtisadi inkişafa mane olur”. Azərbaycan "Forbes” jurnalının 2014-cü ildə "Biznes üçün ən yaxşı ölkələr” reytinqində keçən illə müqayisədə 7 pillə irəliləyərək 146 ölkə arasında 60-cı yeri tutub.

ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, jurnal qeyd edir ki, Azərbaycanın yüksək iqtisadi inkişafı artan nef və qaz ixracı ilə yanaşı, tikinti, bank və daşınmaz əmlak sahələrinin də ikiqat artımının hesabına baş verib.  

"Bakı-Tbilisi-Ceyhan, Bakı-Novorossiysk və Bakı-Supsa kəmərləri vasitəsilə neft ixracı əsas iqtisadi faktordur, Azərbaycanın qaz ixracının artırılması ilə bağlı işlər isə davam etdirilir. Geosiyasi əhəmiyyətə malik olan Azərbaycan və Avropa arasında Cənub Qaz Dəhlizi ilə bağlı işlər yekunlaşandan sonra qazın ixracından gələn gəlirlərin mənbəyi artacaq,” nəşrdə deyilir.

Forbes davam edən Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın iqtisadi inkişafına mane olan amil kimi qiymətləndirib. Nəşr daha sonra qeyd edir ki, Azərbaycanın keçmiş sovet ölkələri və Rusiya ilə ticarət göstəriciləri azalır, Türkiyə və Avropa ölkələri ilə bu əlaqələr inkişaf etdirilir. Reytinqə əsasən, biznes üçün ən yaxşı ölkə Danimarkadır. İlk üçlüyə həmçinin Honq Konq və Yeni Zelandiya daxil olub.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol