• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Lukaşenkonu hədələdi

Rusiya Lukaşenkonu hədələdi
22.12.2014 12:38
Rusiyanın Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin rəhbəri Aleksey Puşkov Belarus prezidenti Aleksandr Lukaşenkonu ABŞ ilə dostluqdan çəkinməyə çağırıb.

O, Birləşmiş Ştatlarla belə münasibətlərin "təhlükəli təcrübəsi” haqqında Twitter-də yazıb, Oxu.Az xəbər verir.

"[Slobodan] Miloşeviç, [Müəmmər] Qəddafi, [Səddam] Hüseyn ABŞ ilə dostluq etməyə çalışırdılar. Onların taleyi məlumdur. İndi ABŞ Lukaşenkoya "yeni münasibətlər” təklif edir. Təhlükəli təcrübədir...”, - deyə, Puşkov vurğulayıb.

Dekabrın 21-də Kiyevdə Lukaşenko və Ukrayna prezidenti Pyotr Poroşenko arasında danışıqlar baş tutub. Belarus lideri ukraynalı və belarusların qonşu, doğma olduqlarını, ölkəsinin isə Poroşenkonun istədiyi hər bir şeyi bir sutkaya tapacağını bildirib.

Dekabrın 17-də ABŞ-ın dövlət katibinin müavini Viktoriya Nuland bəyan edib ki, Belarus və Birləşmiş Ştatlar son bir neçə ildə ikitərəfli münasibətlərdə tərəqqiyə nail olublar. O, həmçinin ABŞ-ın Belarus ilə əməkdaşlıq üçün açıq olduğunu vurğulayıb.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol