• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada neft istehsalının rekord həddi

Rusiyada neft istehsalının rekord həddi
03.01.2015 18:58
Rusiya neft istehsalını postsovet dövründəki rekord həddə çatdırıb. 

ANN.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Rusiya Enerji Nazirliyindən verilən məlumata görə, 2014-cü ildə gündəlik neft istehsalı 10,58 milyon barel olub.
Rusiyanın ən yüksək neft istehsalı isə 1988-ci ilə düşüb ki, həmin vaxt Rusiyada gündə 11,41 mln. barel neft istehsal olunub. Amma 1991-ci ildə bu hasilat 19% azalaraq 9,24 mln. barelə bərabər olub.
 
Putin hakimiyyətə gəldikdən sonra Rusiyada hasilat getdikcə artmağa başlayıb və qiymətlərdə də yüksəliş olub. Belə ki, 1998-ci ildə Rusiya nefti 8 dollar idisə, 2004-cü ildə 40, 2008-ci ildə isə 127 dollar olub. Təxminən 6 il öncə, yəni 2009-cu ildə Rusiya artıq hər gün 10 mln. barel neft hasil edirdi ki, bu zaman da neftin qiyməti ucuzlaşaraq 35 dollar olub. 2010-cu ildə Rusiya Vankor, Talakan ve Uvat ərazilərində də neft hasil etməklə dünyanın ən böyük neft istehsalçısı sırasında Səudiyyə Ərəbistanını keçərək birinci yerə çıxıb. Bununla yanaşı, Rusiyanın təbii qaz hasilatında azalma müşahidə edilib. Belə ki, 2014-cü ildə Rusiyada təbii qaz istehsalı 4,2% azalaraq 640 mlrd. kub metrə düşüb. Mütəxəssislər rəsmi Moskvanın büdcə kəsirinin yarandığını və 2015-ci ildə neftin qiymətinin bu şəkildə qalarsa, onu 4-5%-lik geriləmə gözlədiyini deyiblər.

ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol