• $
  • €
  • ₽
  • ₺
  • £

“Exo Moskvı” radiosu müsəlmanları təhqir edir”

“Exo Moskvı” radiosu müsəlmanları təhqir edir”
09.01.2015 22:18
"Kimsə "Exo” tərəfə balaca bir daş atsa, o dəqiqə müsəlmanların adına yazacaqlar” – deyə Kadırov yazıb"

"Exo Moskvı” radiostansiyasının baş redaktoru Aleksey Venediktov müsəlmanları aşağılamağa və millətlər arasında ədavət yaymağa çalışır".
 
Musavat.com-un Rusiya qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə Çeçenistanın başçısı Ramzan Kadırov özünün instagram səhifəsində yazıb.
 
"Paris hadisələrindən sonra bizim ölkənin liberalları israrla öz qərbli havadarlarına yarınmağa səy edirlər. Belə ki, "Exo Moskvı” radiostansiyasının baş redaktoru Aleksey Venediktov sorğu keçirərək soruşur ki, Peyğəmbərin (səs) karikaturasını çəkmək lazımdırmı? Sualın özünün qoyuluşu təxribatçı xarakter daşıyır. Bu, Rusiyanın və bütün dünyanın müsəlmanlarını aşağılamaq, xalqlar arasında düşmənçilik səpmək, qarışıqlıq və xaos yaratmaq cəhdidir. Əgər kimsə, vəziyyətdən yararlanıb "Exo” tərəfə balaca bir daş atsa, o dəqiqə müsəlmanların adına yazacaqlar” – deyə Kadırov yazıb.
 
Onun sözlərinə görə, Rusiya müsəlmanları çoxdan görürlər ki, Veneduktov radionu müsəlmanlar əleyhinə rupora çevirib. "Hakimiyyət xalqlar və insanlar arasında nifrət toxumları səpən radionu qayda-qanuna çağırmalıdır. Əks halda, Venediktovu məsuliyyətə çağıranlar tapılacaq” - əlavə edib o.  
 
Venediktov isə məhkəməyə müraciət edəcəyini bildirib.


ANN.Az




Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol