• $
  • €
  • ₽
  • ₺
  • £

Qərbdən yeni TƏHLÜKƏ: “Rusiya 15 milyard dollar itirəcək”

Qərbdən yeni TƏHLÜKƏ: “Rusiya 15 milyard dollar itirəcək”
12.01.2015 17:55
Dünya birjalarında neftin qiymətinin kəskin şəkildə ucuzlaşması prosesi davam edir. Təbii ki, bu, qazın qiymətinə də öz mənfi təsirini göstərir.

Neftin və qazın qiymətinin ucuzlaşması dünya enerji bazarında mühüm yer tutan və Rusiya üçün böyük maliyyə itkisidir. Qərbin sanksiyaları nəticəsində Rusiyada iqtisadi böhranın yaranması nəzərə alınsa, demək olar ki, enerji sahəsindəki ucuzlaşmalar da Moskva üçün xoş perspektivə gətirib çıxarmayacaq.  
Mövzu barədə Modern.az saytına danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban bildirib ki, qaz artıq Avropa və Asiya bazarlarında ucuzlaşıb. İlham Şaban vurğulayıb ki,  qazın qiyməti neftə və neft məhsullarına bağlı olduğundan Rusiya  son 2 rübdə qiymətlərini 50% itirib.

"Ancaq qazın qiymətinin ucuzlaşması neftin qiyməti qədər olmur. Məsələn, "Qazprom” 2015-ci ilin 1-ci rübü üçün mavi yanacağın qiymətinin 9-12 faiz ucuzlaşacağını bildirib. Bu da hər bir ölkə üzrə müxtəlif danışıqlar və müqavilə şərtlərinə görə edilir”,-deyə eksperti bildirib.  

Onun sözlərinə görə Rusiya bir ildə xaricə  150 milyard kubmetr qaz satır. İlham Şaban söyləyib ki, qazın qiymətinin 10-12% aşağı düşməsi "Qazprom”un gəlirlərinin 15 milyard dollara qədər azalması deməkdir.  

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol