• $
  • €
  • ₽
  • ₺
  • £

İslam Kərimov: “Özbəkistan SSRİ-nin bənzəri olan birliklərə qoşulmayacaq”

İslam Kərimov: “Özbəkistan SSRİ-nin bənzəri olan birliklərə qoşulmayacaq”
13.01.2015 15:46
Özbəkistan heç vaxt keçmiş SSRİ-nin bənzəri olan birliklərə qoşulmayacaq.
 
APA-nın 12news.uz-a istinadən xəbərinə görə, bu bəyanatla Özbəkistan prezidenti İslam Kərimov ölkənin yeni seçilmiş parlamentinin aşağı palatasının ilk iclasında çıxış edib.
 
Onun sözlərinə görə, hazırda bəzi ölkələrdə ittifaq dövlətinin keçmiş sovet sisteminə qayıdış cəhdləri müşahidə olunur: "Bəzi xarici telekanallarda Lenin və Stalin çağlarının, SSRİ dövrünün təriflənməsi nəzərə çarpır. Biz bu cür yanaşmanı qəbul edə bilmərik. Bizim xalqın istəklərinə cavab verən öz yolumuz var. Bir daha qeyd etmək istəyirəm ki, bu cür keçmişə qayıdış olmayacaq”.
 
İ.Kərimov Özbəkistanın Avrasiya İttifaqına və Gömrük İttifaqına qoşulmayacağını, eləcə də hərbi-siyasi bloklara üzv olmayacağını bəyan edib: "Özbəkistan ərazisində hərbi baza və obyektlər də yerləşdirilməyəcək. Bunu 2012-ci ildə qəbul edilmiş ölkənin xarici siyasət fəaliyyətinin konsepsiyası da diktə edir”.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol