• $
  • €
  • ₽
  • ₺
  • £

"Facebook" insanları depressiyaya salır

"Facebook" insanları depressiyaya salır
05.02.2015 14:34
Yeni araşdırmalara görə "Facebook" sosial şəbəkəsində başqalarının həyatlarını müşahidə etmək insanın psixologiyasına mənfi təsir göstərir.

ANN.Az "bbc/turk"-ə istinadən xəbər verir ki, ABŞ-ın  "Missouri-Columbia" Universitetinin mütəxəssisləri "Facebook" sosial şəbəkəsindən fərqli istifadə metodları və bunların insan psixologiyasına təsirlərini araşdırırlar.

Sinqapurda aparılan və 700 şagirdin iştirak etdiyi araşdırmalar zamanı müəyyən olunub ki, "Facebook" istifadəçiləri dostlarının sosial şəbəkədə paylaşladıqlarına baxıb öz həyatlarını onlarla müqayisə edirlər. Bu müqayisə nəticəsində sosial şəbəkənin həmin istifadəçiləri yoldaşlarının həyatları kimi həyata sahib ola bilməyəndə, bu onlarda çox ağır depressiya ilə nəticələnir.

Araşdırma qrupunun üzvlərindən olan Margaret Duffy bildirib: "Facebook" sosial şəbəkəsindən "ailə və yoldaşlarla ünsiyyət" kimi istifadə olunması çox faydalı və əyləncəlidir. Ancaq "Facebook" siyahısındakı dostlarınızın varlı və ya daha zəngin olması və daha çox tanınmasından təsirlənə bilərsiniz və bu da o deməkdir ki, siz artıq depressiyaya doğru addımlar atırsınız".

Araşdırma müddətində "Facebook"dan yalnız dostlarla ünsiyyət qurmaq üçün istifadə olunmasının, hər hansı mənfi psixoloji gərginlik yaratmadığı müşahidə olunub.

ANN.Az



Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol