• $
  • €
  • ₽
  • ₺
  • £

Atasını Suriyaya kabab yeməyə çağıran azərbaycanlı İŞİD-çi öldürüldü – VİDEO

Atasını Suriyaya kabab yeməyə çağıran azərbaycanlı İŞİD-çi öldürüldü – VİDEO
11.02.2015 12:06
Bir müddət əvvəl yaydığı videoda atasını Suriyaya dəvət edən azərbaycanlı İŞİD-çinin ("İslam dövləti” terrorçu qruplaşması) bu ölkədə gedən döyüşlərdə həlak olması barədə məlumat yayılıb.

Oxu.Az-a daxil olan məlumatda bildirilir ki, əsl adı Dostəliyev Fariz Çingiz oğlu olan həmin şəxs Qaradağ rayonu Səngəçal qəsəbə sakinidir.

Əldə etdiyimiz məlumata görə, Fariz dünən, yəni fevralın 10-da gedən döyüşlərdə öldürülüb.

Mənbənin bildirdiyinə görə, İŞİD-ə qoşulmaq üçün bu ölkəyə gələn şəxslərdən onların telefonları alınır və döyüşlərdə öldürüldükləri təqdirdə, həmin telefondan ölən şəxsin ailəsinə bu barədə SMS-məlumat göndərilir və belə bir məlumat Farizin də ailəsinə daxil olub.

Məsələ ilə bağlı Oxu.Az-a danışan Farizin əmisi Elxanın sözlərinə görə, qəsəbədə gəncin ölümü barədə məlumatlar yayılsa da, bu, hələ dəqiq deyil:

"Belə söz var. Lakin hələ dəqiq bilinmir”, - deyə, Elxan Dostəliyev bildirib.

Onun sözlərinə görə, Fariz beş aydır ki, İŞİD-ə qoşulmaq üçün əvvəl Türkiyəyə, oradan isə Suriyaya keçib.

Elxan Dostəliyev həmçinin ailəsinin Farizin bu hərəkətini qəti şəkildə pislədiyini və onun İŞİD-ə qoşulmasının əleyhinə olduğunu da bildirib. 

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol