• $
  • €
  • ₽
  • ₺
  • £

Onlar geri dönməmək şərtilə Marsa gedirlər - VİDEO

Onlar geri dönməmək şərtilə Marsa gedirlər - VİDEO
16.02.2015 13:30
Birmingem Universitetinin astronomiya və kosmonavtika fakültəsində təhsil alan 24 yaşlı Maggie Lieu Mars planetinə geri dönməmək şərtilə səfər edəcək.

BBC xəbər verir ki, hazırda dünyada "Mars One" layihəsi üzrə Mars planetinə səfər etmək istəyən 200 min nəfər qeydiyyatdan keçib. Sonuncu yoxlama mərhələsindən yalnız 600 nəfər keçib. Layihə çərçivəsində sona yalnız 40 nəfər qalmalıdır. Daha sonra seçiləcək bu adamlar 10 il təlim-tədris keçəcək. Layihənin dəyəri 6 milyard dollardır. Bu adamlar Mars planetinə enəcəklər, amma oradan geri qayıda bilməyəcəklər.

Ümidverici şəxslərdən bir də Maggie Lieudur və o, özü haqqında məlumat verib. Açıqlamasında gənc qız ailəsi, dostları üçün darıxacağını, amma internet vasitəsilə danışacaqlarını, e-poçtla əlaqə sxlaya biləcəklərini qeyd edib: "Ailəmə bu barədə danışanda əvvəl elə bildilər ki, ağlımı itirmişəm, dəli olmuşam. İndi isə qətiyyən seçilməyimi istəmirlər. Anam hələ də inanmır, amma atam zarafat edir, hətta gülərək deyi ki, sən gedəndə pulların mənə qala bilərmi?"

M.Lieu texniki baxımdan hər şeyə hazırlaşacaqlarını deyir: "Hətta internetimiz pozulsa, onu da özümüz təmir etməli olacağıq".

BBC-nin müxbirinin "orada uşaq sahibi olmaq istəyərsənmi" - sualına gənc qız "Bu fikrə açığam. Marsda doğulacaq ilk uşağın anası olmaq istəyərəm və bu çox həyəcanlı ola bilər. Övladım ilk marslı olar".

Bəs bu insanlar nə yeyəcəklər, nə içəcəklər?

Layihəyə görə, Marsda ömürlük qalmaq istəyən bu adamlar birdəfəlik paltarla təmin olunacaqlar, yəni bir paltarı geyinib sonra atacaqlar və təzə paltar geyinəcəklər. Amma qidalarını özləri təmin edəcəklər, orada tərəvəz becərəcəklər.

Bu gün dünya mediasını daha çox bu sual maraqlandırır ki, layihə 2015-ci ildə həqiqətəndə baş tutacaqmı?  Mütəxəssislər qeyd edirlər ki, layihə üşün lazım olan 6 milyard dolların indiyə kimi 770 min dolları toplanıb. Amma layihə elan olunan gündən indiyə kimi Avropa Kosmos Agentliyi bə NASA da Marsa adam göndərməyə maraq göstərir.


ANN.Az 
 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol