Fransada təyyarə qəzasında məşhur opera ifaçısı ölüb

"Bild” qəzeti məlumat yayıb.
Fransada Germanwings aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində ölən sərnişinlər arasında ötən əsrin 80-cшillərində SSRİ-də fəaliyyətə başlamış tanınmış opera ifaçısı Oleq Brıjakın olduğu bildirilir.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın "Bild” qəzeti məlumat yayıb.
Oleq Brıjak 1996-cı ildə Düsseldorfda fəaliyyət göstərən "Reyndə alman operası” teatrının solisti olub. Məlumata görə, Barselonada Rixard Vaqnerin "Ziqfrid” əsərini ifa etmiş 54 yaşlı müğənni Düsseldorfa dönərkən qəzada ölüb.
Oleq Brıjak 1960-cı ildə Qazaxıstanda anadan olub.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















