• $
  • €
  • ₽
  • ₺
  • £

İstanbulda polis idarəsinə silahlı hücum: ölən və yaralanan var

İstanbulda polis idarəsinə silahlı hücum: ölən və yaralanan var
01.04.2015 21:22
İstanbulun Vətən prospektində yerləşən polis idarəsinə silahlı hücum törədilib. 

APA-nın "Anadolu”ya istinadən verdiyi xəbərə görə, atışma zamanı hücum edənlərdən bir  nəfər öldürülüb. Məlumata görə, idarəyə yaxınlaşan bir qadın və iki kişi binanın girişindəki nəzarət məntəqəsində olan təhlükəsizlik əməkdaşlarına  atəş açıblar. Təhlükəsizlik əməkdaşlarının açdığı cavab atəşi nəticəsində hücumda iştirak edən  qadın məhv edilib, digər iki terrorçu isə hadisə yerindən qaçıb. Atışma zamanı bir polis əməkdaşının yaralandığı bildirilir. "Doğan" xəbər agentliyi atışma zamanı iki polisin yaralandığını bildirib.    
 
Hazırda hadisə yerinə aparan yollar nəzarətə götürülüb. Hadisə yerinə həkim briqadaları və polis qüvvələri cəlb olunub. 
 
İstanbul valisi Vasip Şahin hücumun bir qadın və iki kişi tərəfindən təsdiqləyib. Onun sözlərinə görə, atışma nəticəsində üzərində partlayıcı qurğu və silahın olduğu terrorçu qadın öldürülüb: "Digər silahlılar yaralanaraq hadisə yerindən qaçıb. Atışma zamanı bir polis yüngül yaralanıb”.   


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Dünya 19:01
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol