• $
  • €
  • ₽
  • ₺
  • £

Atatürkün erməni “soyqırım”ı ilə bağlı tarixi cavabı

Atatürkün erməni “soyqırım”ı ilə bağlı tarixi cavabı
24.04.2015 18:22
Atatürkün Anadolunun İttifaq dövlətləri tərəfindən işğal altında olduğu 26 fevral 1921-ci ildə onu ziyarətə gəlmiş amerikalı jurnalist Klanens Streitlə görüşü dahi şəxsiyyətin cavabıyla tarixə keçib.
 
Axar.az-ın məlumatına görə, bu görüş Atatürkün amerikalı jurnalistə ermənilərin köç edilməsi və erməni quldur dəstələrinin Anadoluda törətdikləri qətllərlə bağlı verdiyi tarixi cavablarla yaddaşlarda qalıb.
 
Atatürkün həmin tarixi cavabını təqdim edirik:
 
"İngilislərin sülh dövründə İrlandiyaya rəva gördüyü münasibətə laqeyd yanaşan dünya, ermənilərin köçü barəsində verməyə məcbur qaldığımız qərara görə bizi ittiham edə bilməz. Böhtanların əksinə olaraq, köç edilənlər həyatdadır və bunlardan çoxu əgər İttifaq dövlətləri bizi təkrar müharibəyə məcbur etməsəydilər, evlərinə dönmüş olardılar. Rusların şərq vilayətlərimizi təxliyyəyə başladığı dövrdə erməni quldur dəstələrinin törətdikləri qırğınlar və təxribatlar hər kəsə məlumdur”.
 
"Rus ordusu 1915-ci ildə bizə qarşı böyük hücuma başladığı ərəfədə çarlığın xidmətində olan Erməni Daşnak Komitəsi qoşunlarımızın arxasındakı erməniləri üsyana qaldırdılar. Düşmənin qüvvəsinin və hərbi texnikasının çoxluğu sayəsində geri çəkilməyə məcbur qaldığımız üçün özümüzü iki atəş arasında qalmış kimi görürdük. Ermənilər tərəfindən yaralılarımızı daşıyan konvoylarımız mərhəmətsiz şəkildə öldürülür, körpülər dağıdılır, yollar məhv edilir və türk kəndlərində terror hökm sürürdü. Bu cinayətləri törədən erməni dəstələri silah-sursatı sülh dövründə bəzi böyük dövlətlərdən almışdılar. Bu səbəbdən ermənilər köçürüldü. Millətimiz əleyhinə deyilənlər tamamilə böhtandır. Millətimizin qəddar olması ilə bağlı iddialar başdan-başa yalandır. Heç bir millət bizim kimi, digər xalqların inanclarına və adətlərinə hörmət etməmişdir. Osmanlıda onlara hər cür sərbəstlik verilmişdi”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Dünya 19:01
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol