• $
  • €
  • ₽
  • ₺
  • £

İsrail İranı bombalamaq planlarından Azərbaycanı çıxartdı - VİDEO+FOTOLAR

İsrail İranı bombalamaq planlarından Azərbaycanı çıxartdı - VİDEO+FOTOLAR
26.06.2015 22:40
ABŞ-ın "Lokheed Martin” korporasiyası İsrailin F-35 bombardmançılarına dair sifarişini öyrənir.

Virtualaz.org saytı İsrail hərbi qaynaqlarına istinadən xəbər verir ki, korporasiya İsrailə satacağı bu təyyarələrin uçuş məsafəsinin artırılması üzərində işləyir.

Radarlara yaxanlanmayan, steels texnologiyasına əsaslanan F-35 hücum-bombardmançı təyyarələrinin istehsalçısı olan "Lokheed Martin” korporasiyası bu təyyarələrin İsraillə İran arasındakı hava məsafəsini əlavə yanacaq götürmədən qət edə bilməsi üçün uçuş məsafəsini 30 faizə qədər artırmaq barədə sifarişi araşdırmaqdadır.

İranla İsrail arasında hava məsafəsi 1500 kilometrdir. (1000 hava mili ) F-35 təyyarələri də havada əlavə yanacaq götürmədən bu qədər məsafəni qət edə bilir. Lakin İsrail Müdafiə Nazirliyi təyyarənin uçuş məsafəsinin 1500 milə qaldırılması imkanlarının öyrənilməsi üçün "Lokheed Matin”ə sorğu göndərib.

Doğrudur, F-35 təyyarələrinin uçuş məsafəsi 1500 milə qaldırılsa belə təyyarələrİranın nüvə obyektlərinə hava zərbələri endirəndən sonra öz bazalarına geri qayıda bilmək üçün yolda əlavə yanacaq götürməlidir. Lakin bildirilir ki, təyyarələrin uçuş məsafəsinin artırılması onların Azərbaycan kimi İrana yaxın  ölkələrin bazalarından istifadəsini istisna edir.



Qeyd edək ki, iki il əvvəl ABŞ administrasiyası İsraillə Azərbaycan arasında məxfi razılaşmanın olduğuna dair məlumatları mətbuata sızdırmışdı və bu sızma böyük qalmaqala səbəb oldu.

Həmin məlumatlarda deyilirdi ki, Azərbaycan İranın nüvə obyektlərinin bombalanmasında iştirak edən İsrail təyyarələrinə öz ərazisində enmək və yanacaq götürmək icazəsi verib. Rəsmi Bakı bu məlumatları qətiyyətlə təkzib etdi və İsraillə İrana qarşı heç bir məxfi razılaşmanın olmadığını bildirdi.

İndi belə görünür ki, İsrail hərbi komandanlığı İranı vurmaq üçün Azərbaycan ərazisindən (təyyarələrin yanacaq götürməsi üçün) istifadəni hər halda nəzərdən keçirib, lakin belə razılaşma əldə etmək mümkün olmayanda başqa varianta əl atıb. ABŞ-dan sifariş verilən F-35 bombardmançılarının uçuş məsafəsinin artırılması barədə sorğu göndərilib.

İsrail ordu qaynaqları bildirir ki, təyyarələrin uçuş məsafəsinin artırılması nəticəsində pilotların bombardmanı həyata keçirəndən sonra geri qayıdarkən yanacaq götürmək üçün imkanlarını genişləndirəcək.



İsrail hərbi qaynaqları bildirir ki, hazırda bu ölkənin hərbi hava qüvvələrinin sərəncamında olan F-15 və F-16 təyyarələrinin xüsusi versiyalarında əlavə yanacaq çənləri quraşdırılıb. Nəticədə təyyarələrin uçuş məsafəsi artırılıb.

Lakin bu variant F-35 təyyarələri üçün məqbul deyil. Çünki əlavə yanacaq çəni quraşdırmaq təyyarələrin radara yaxalanmamaq qabiliyyətini azaldacaq.

Hazırda İsrail Hərbi Hava Qüvvələrinin komandası Texasda "Lokheed Martin” korporasiyasında bu məsələ üzərində işləyirlər. F-35 təyyarələrinin birinci partiyası gələn il İsrailə yola salınmalıdır.

Bundan əvvəlki təyyarələrdə olduğu kimi İsrail F-35 təyyarələri üçün də bir sıra təkmilləşdirmələr sifariş verib. İsrail hərbi-hava qüvvələrinin F-35 təyyarələrinə malik olması İranın "altılar”la əldə etdiyi nüvə razılaşmasını pozması ehtimalına qarşı güclü cavab olacaq.
 
 


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Dünya 11:58
HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol