• $
  • €
  • ₽
  • ₺
  • £

Milyarder Qarabağa gəlmə səbəbini açıqladı

Milyarder Qarabağa gəlmə səbəbini açıqladı
12.07.2015 10:30
On gün öncə Moskva ətrafından Qarabağa köçən German Sterliqov burada necə yaşayacağı barədə danışıb.

ANS PRESS-in məlumatına görə, lifenews kanalına müsahibə verən milyarder buraya köçdüyü üçün məmnun olduğunu bildirib.
Burada dəyirmana sahib olduğunu və un satışından ilk gəlirini ədə etdiyini bildirən Sterliqov, təsərrüfatı üçün Qarabağ təbiətinin ona uyğun gəldiyini bildirib.

Sterliqov Qondarma Qarabağ respublikasının tanınmadığının da onun üçün yaxşı olduğunu bildirib. O iddia edir ki, məhz buna görə burada insanlar özlərini qədimdəki kimi aparır, sənəd düzəltmək isə asandır. 

Bunları eşidən jurnalist ola bilər özü də bilmədən həqiqət ola biləcək məqama toxunur. O bildirir ki, "Cənab Sterliqov, insana elə gəlir ki, sizi məhz Qarabağın tanıdılması üçün sizi tutblar”. Nədənsə Sterliqov bu sözün üstündən keçir və yenidən təəssüratlarından danışmağa başlayır. Qarabağın gözəl təbiəti isə milyarderə elə təsir edib ki, təəssüratları qurtarmır. 

Bundan əlavə milyarder digər KİV nümayəndələrinə müsahibə verib. Bildirdiyinə görə o bunu KİV-də yayılan səhv məlumatlara qarşı edir.

O gəlişinin səbəbini yalnız bazar ertəsi keçirəcəyi mətbuat konfransında deyəcəyini bildirsə də artıq "Komsomolskaya Pravda” qəzetinə müsahibəsində bəzi məqamları açıqlayıb.

Onun bildirdiyinə görə ailəsinin ünvanına bir çox dəfə təhdidlər gəlib ki, o yaşadığı yerdən köçmək məcburiyyətində qalıb. "Məhv etməyin çox yolu var, qətldən tutmuş insanı iynə üstündə oturmağa kimi”- deyə Sterliqov qeyd edib. 

Onun sözlərinə görə ilk öncə o qondarma Luqansk respublikasına getmək istəyib. "Mən onların rəhbərliklərinə baxdım, xoşum gəlmədi onların siyasətlərindən. Qırmızı bayraqlar və buna bənzər şeylər”- deyə Sterliqov bildirib.

Nəticədə Sterliqov Şuşadan 27 kilometr məsafədə olan ən gözəl kəndlərindən sayılan Sarıbaba dağının ətəyində olan Şirlana köçməyə qərar verib. Milyarder buradan Rusiyaya meyvə də vurmaq” istəyir. "Qarabağ; bu həm də Rusiya şəhərləri üçün təmiz və ucuz ərzaq məhsulları mənbəyidir. Burada o qədər meyvə tərəvəz var ki, onları mütləq təkrar emal edib Rusiyaya keçirmək lazımdır. Burada o qədər təmiz və xeyirli şirələr, kompotlar, çaxırlar istehsal etmək olar ki, Moskva bundan dadsa orada hazırda satılan bir çox kimyəvi ərzaqlara tüpürər”- deyə Sterliqov bildirib.

Qeyd edək ki, Qerman Sterliqov Rusiyada 1990-cı illərdə məşhurlaşmağa başlayıb. O, həmin illərdə ölkədə ilk xammal ticarəti birjası "Alisa"nı yaradıb.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Dünya 23:00
Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Dünya 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Dünya 20:19
Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Dünya 19:01
Hindistanda avtobusla yük maşını toqquşub, 23 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol