• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - Fotolar

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - Fotolar
13.08.2015 22:13
Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Mahaçqala" və "Volqodonsk" kiçik artilleriya gəmilərinin, həmçinin "Anatoliy Qujvin” kiçik hidroqrafiya gəmisinin avqustun 13-də Bakıya rəsmi səfəri başlayıb.

"Report" xəbər verir ki, məlumatı Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Nazirlikdən bildirilib ki, Rusiya hərbi gəmilərini Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin və Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin nümayəndələri qarşılayıblar.

Əvvəlcə qonaqlar Hərbi Dəniz Qüvvələrinin həyətində ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyublar.

Səfər çərçivəsində gəmilərin komandanlığı və şəxsi heyəti Fəxri xiyabanda ümumilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək.

Nümayəndə heyəti, həmçinin Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı, Səbail rayon icra hakimiyyəti və Bakı Dəniz Limanının rəhbərliyi ilə görüşlər keçirəcək, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində tədris prosesi ilə tanış olacaq.

Gəmilərin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

Səfər avqustun 16-dək davam edəcək.
 






www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol