• $
  • €
  • ₽
  • ₺
  • £

Xırdalanda məcburi köçkünlər yerli sakinin evini zəbt ediblər – VİDEO

Xırdalanda məcburi köçkünlər yerli sakinin evini zəbt ediblər – VİDEO
18.09.2015 12:15
Allahverdiyevlər ailəsinə məxsus mənzil 22 ildir ki, zəbt edilib.

ANS TV-nin məlumatına görə, Yasamal rayonu, II Alatava, ev 96 c-də kirayə yaşayan Allahverdiyevlər ailəsi bildirir ki, 22 ildir mənzilindən didərgin düşüb. 

Ailə başçısı II qrup əlil Fazil Allahverdiyevin sözlərinə görə, bu vəziyyətə düşmələrinə səbəb məcburi köçkünlərin onların evini 1993-cü ildə zəbt etməsidir.

Zərərçəkmiş təqaüdlə ailə dolandırır. Üstəlik mənzili ola-ola şəraitsiz vəziyyətdə 22 ildir ki, kirayə yaşayır. Vaxtilə ailə paytaxtda olmadığı vaxtda Abbosov Musa ailə üzvləri ilə birgə Allahverdiyevlər ailəsinə məxsus Xırdalan şəhəri, Mehdi Hüseynzadə, ev 6 31 saylı mənzilinə daxil olub. Buna görə də Allahverdiyevlər ailəsi məhkəməyə müraciət edib.

Məhkəmənin qətnaməsinə əsasən məcburi köçkün ailəsi həmin mənzildən çıxarılmalıdır. 2013-cü ildən verilən qərar hələ də icra olunmur. 

"Zaman keçdikcə səhhətim ağırlaşdı. Məhz bu səbəbdən də gedib evimi onlardan tələb edə bilmədim. Bir neçə dəfə yoldaşım və uşaqlarım qaçqınları evdən çıxarmağa cəhd göstəriblər. Lakin qaçqınlar ailəmi zor tətbiq etməklə yanşı təhqir edib onları qapıdan qovmuşdular”.- Fazil Allahverdiyev qeyd edib.

ANS TV-nin əməkdaşları zərərçəkmişlə bərabər üz tutublar Xırdalan şəhərində yerləşən qanuni mənzillərinə. Bu zaman onları həmin evdə yaşayan Ballı Qasımova qarşlayıb. Amma Ballı xanım nədənsə şirin dili ilə deyil, əksinə əl-qol hərkətlərilə operatora zərbələr eindirərək təzyiq göstərməyə başladı.

Bununlu da hirsi soyumyan xanım öz taxta çubuğundan istifadə edərək zor tətbiqini davam etdirdi.

Daha sonra nəlayiq ifadələrlə o ikinci qrup əlil Fazil bəyə və onun yoldaşına eyni minvalla zor tətbiq etdi. Ancaq bu işdə o tək deyildi, həm də qonşularının köməyindən yararlanırdı.

Hədə qorxu nəlayiq ifadələr, vurulan zərbələrdən xəbər tutan polis əməkdaşları məsləyə müdaxilə etməli oldu. Taxta çubuğundan ayrı durmayan xanım bildirdi ki, o məhkəmə qərarına baxmayaraq evdən çıxmayacaq.

Məhkəmə qərarının indiyədək icra olunmamasının səbəbini öyrənmək məqsdilə Ədliyyə Nazirliyinin Abşeron rayon icra şöbəsi ilə əlaqə saxlanılıb. Şöbədən bildirildi ki, məsələ tezliklə araşdırılacaq.



www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol