• $
  • €
  • ₽
  • ₺
  • £

Reydlər başlayır: 150 manat cərimə oluna bilərsiz - VİDEO

Reydlər başlayır: 150 manat cərimə oluna bilərsiz - VİDEO
10.11.2015 23:14
May ayının 1-dən avtomobillərin yan şüşələrində sənaye üsulu ilə quraşdırılan pərdə və plyonkalara verilən icazə noyabrın 15-də başa çatır. Yol polisi  noyabrın 16-dan artıq bu qaydaya əməl etməyənlərə qarşı reydlərə başlayacaq.Qanunu pozanları 150 manat cərimə cəzası gözləyir.

Avtomobillərin yan şüşələrindəki pərdə və plyonkalara görə reydlərin başlamasına cəmi 5 gün qaldı. Qanunla may ayının 1-dən sənaye üsulu ilə yan şüşələrə vurulan pərdə və plyonkalara verilən icazə müddəti noyabr ayının 15-də başa çatır.

Pərdə və plyonkalarla bağlı qadağa bəzi sürücülər tərəfindən düzgün başa düşülmədiyindən polislərlə avtomobil sahibləri arasında mübahisələrə səbəb olur. Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirir ki, mayın 1-dən noyabr 15-dək yalnız sənaye üsulu ilə avtomobillərə quraşdırılan pərdə və plyonkalara icazə verilir. Kustar üsulla quraşdırılan pərdələrə isə ümumiyyətlə heç vaxt icazə verilmir. Buna görə qadağa yan şüşələrdəki görmə məhdudiyyəti yaradan istənilən vasitəyə qarşı tətbiq olunacaq.

Qadağalara cəmi bir neçə gün qalsa da sürücülərin əksəriyyəti bundan xəbərsizdir.

Avtomobilin pərdə və plyonka, eləcə jalüzlərə icazə verilən yeganə hissə arxa şüşədir. //Xəzər xəbər

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol