• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-da klassik Çin rəqsinə həsr olunmuş tədbir keçirildi - Fotolar

ADU-da klassik Çin rəqsinə həsr olunmuş tədbir keçirildi - Fotolar
24.11.2015 17:11
 
Noyabr 24-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılğı ilə "Azərbaycan və Çin rəqs sənəti” adlı musiqili bədii tədbir keçirildi.

ANN.Az xəbər verir ki, Azərbaycan Dillər Universitetinin mətbuat xidmətindən verilən məlumata görə, açılış nitqi ilə çıxış edən Çin dili və mədəniyyəti mərkəzinin direktoru, professor Rafiq Abbasov Azərbaycan-Çin humanitar əməkdaşlığının inkişafı, həmçinin iki ölkənin mədəniyyət günləri haqqında ətraflı məlumat verdi. Rafiq Abbasov Ümummilli lideri Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfərləri zamanı incəsənət sahəsində ikitərəfli mədəni mübadilələrin genişləndirilməsi üçün iki ölkə arasında əməkdaşlıq haqqında imzalanmış müqavilələrin əhəmiyyətini vurğuladı.

Azərbaycan Milli Konservatoriyasının Tədris işləri üzrə prorektoru Malik Quliyev Azərbaycanda xalq rəqslərinin xüsusiyyətlərindən danışdı. O, Azərbaycan Milli Konservatoriyasının Çin İncəsənət Universitetləri ilə yaradıcı əlaqələrdən söz açdı.  

Öz yaradıcılığı haqqında məlumat vərən Azərbaycan Dövlət Opera və Balet Teatrının balet truppasının aparıcı solisti Tamila Məmmədzadə Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin "Yeddi gözəl" baletində yaratdığı "Çin gözəli” obrazının ifası haqqında danışdı.

ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin tələbələri Çin xalq rəqslərinin tarixi, xüsusiyyətləri və növləri, eyni zamanda iki ölkənin milli rəqs qruplarının Azərbaycan və Çinə səfərlərindən söhbət açdı.

Sonda Çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələr Çin rəqsləri "Ay ilahəsi”, "Xoşbəxt günlər”, "Pələng rəqsi” və Azərbaycanın milli rəqslərini ifa etdilər. Tədbirdə ADU-nun Tədris işləri üzrə prorektoru, doktor Vazeh Əsgərov, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət üzrə müşaviri cənab Çen və müşavir köməkçisi cənab Li iştirak edirdilər.
 




www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol