• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-da "Post-universitet imkanları" mövzusunda seminar keçirildi" - Fotolar

ADU-da "Post-universitet imkanları" mövzusunda seminar keçirildi" - Fotolar
24.11.2015 18:59

Azərbaycan Dillər Universitetində (ADU) "Post-universitet imkanları: Avropa Kollecində Avropaşünaslıq üzrə Master proqramı” mövzusunda seminar keçirildi. Seminarda ADU-nun Tədris işləri üzrə prorektoru, doktor Vazeh Əsgərov, Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev və adıçəkilən fakültənin tələbələri iştirak edirdi.
 
ANN.Az xəbər verir ki, Azərbaycan Dillər Universitetinin mətbuat xidmətindən verilən məlumata görə, öncə qonaqları salamlayaraq ADU-da görməkdən məmnunluğunu dilə gətirən Vazeh Əsgərov onları seminar iştirakçılarına təqdim etdi.
 
Avropa kollecinin Natolin kampusunun akademik assistenti Pavel Mixalski öz təqdimatında Avropa kollecinin yaranma tarixindən danışdı və adıçəkilən kollecin 1949-cu ildə Haaqa konfransından sonra əsasının qoyulmasından söz açdı. Avropanın ən qədim və nüfuzlu kolleci sayılan təhsil müəssisəsinin 2 - Brücc (Belçika) və Natolin (Varşava) kampusdan ibarət olduğunu söyləyən Pavel Mixalski tədris prosesinin ingilis və fransız dillərində aparıldığını sözlərinə əlavə etdi.
 
O, kollecdə tədris olunan təhsil proqramlarından danışdı və orada çalışan mütəxəssislərin dünyanın müxtəlif ölkələrindən, o cümlədən ABŞ, İsveç, İspaniya və s-dən olduğunu bildirdi. Pavel Mixalski bu kollecdə təhsil alan tələbələrin təhsil müəssisəsinin bir sıra tədbirlərində açılış və bağlanış mərasimlərində iştirak edən dünyanın aparıcı şəxsləri, həmçinin liderləri ilə görüşmək imkanının olduğunu vurğuladı. Sonda qonaq kollecə müraciət etmə proseduru haqqında ətraflı məlumat verdi.
 
Daha sonra Avropa kollecinin Natolin kampusunun qrup rəhbəri "The E-platform for neighbourhood” (Qonşuluq platforması) adlı təqdimatla çıxış etdi. Layihənin Avropa Birliyi tərəfindən maliyyələşdirildiyini söyləyən Cudita Fiedin bununla bağlı ətraflı məlumat verdi.
 
Seminar tələbələri maraqlandıran sualların cavablandırılması ilə başa çatdı.
 


Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol