• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-nun departament müdiri: "21 məzunumuzu universitetdə işlə təmin etmişik" - MÜSAHİBƏ

ADU-nun departament müdiri: "21 məzunumuzu universitetdə işlə təmin etmişik" - MÜSAHİBƏ
26.11.2015 17:08
Peşəkar kadrlar universitetimizin intellektual potensialının əsasıdır

Azərbaycan Dillər Universitetində İnsan Resursları Departamenti yaradılıb. Rektor Səməd Seyidovun əmri ilə əvvəlki kadrlar şöbəsi ləğv edilib və yeni yaradılan departamentə  Dürdanə Əliyeva müdir təyin edilib.
 
Dürdanə Əliyevanın ANN.Az-a müsahibəsini təqdim edirik:

- İnsan Resursları Departamentinin ümumi fəaliyyəti nədən ibarətdir və tərkibinə hansı şöbələr daxildir?

- İRD-nin fəaliyyətinə universitetin peşəkar kadrlarla təmin olunmasının, eyni zamanda iş rejiminə nəzarət məqsədilə tabel işinin təşkili, kadr məsələləri ilə əlaqədar müraciətlərin, məlumatların vaxtında əmrləşdirilib universitetin müxtəlif strukturlarına çatdırılması, əmək intizamı ilə bağlı məsələlərdə təhlillərin aparılması, işə qəbul, işdən azad, müqavilələrin bağlanmasına və uzadılmasına nəzarət, işçilərin şəxsi işlərinin, əmək kitabçalarının İRD-nin nomenklaturasına uyğun aparılması və s. aiddir.

İRD-nin tərkibində Kadrlar şöbəsi və iş rejiminə nəzarəti həyata keçirən tabel-uçot bölməsi fəaliyyət göstərir.

- Azərbaycan Dillər Universitetində 2000-2015-ci illər arasında hansı müsbət dəyişikliklər nəzərə çarpır?

- ADU-nun strukturuna nəzər salaq. Mərhum prezidnet Heydər Əliyevin fərmanı əsasında 2000-ci ildə Azərbaycan Dövlət Dillər İnstitutunun profili genişləndirilməklə Azərbaycan Dillər Universiteti adlandırılıb. Həmin ildən professor Səməd Seyidov ADU-ya rəhbər təyin edilib. Həmin dövrdə universitetdə 36 kafedra və 8 dekanlıq, Linqvistik kabinet, kompüter mərkəzi, Ülvi Bünyadzadə adına muzey, Aspirantura və Dissertantura şöbəsi, 2 illik hazırlıq kursu, 9 aylıq hazırlıq kursu, Xarici Əlaqələr şöbəsi, YUNESKO kafedrası, Alman və Fransız mərkəzləri, İxtisasartırma və yenidən hazırlanması fakültəsi, Xarici Əlaqələr şöbəsi və bir sıra şöbələr fəaliyyət göstərib. Daha öncə qeyd etdiyim kimi professor Səməd Seyidov universitetdə bir sıra mühüm islahatlar aparıb, bir çox kafedralar yenidən təşkil edilib, nəşri dayandırılmış universitet qəzeti "Poliqlot” adlandırılaraq yenidən nəşrə başlayıb.

Hazırda universitetdə 611 ştat üzrə 780 professor-müəllim heyəti, 365 nəfər inzibati heyət fəaliyyət göstərir. Universitetdə 25 kafedra, 7 fakültə, 15 mərkəz, Kitabxana İnformasiya Mərkəzi, İnformasiya Resurs Kompleksi, 4 departament, 7 şöbə fəaliyyət göstərir. 11əcnəbi müəllimin çalışdığı ADU hal-hazırda xarici universitetlərlə rəqabətə girə biləcək səviyyədədir.
Universitetdə qadınların sayı 890 nəfərdir ki, onlardan 615 nəfəri professor-müəllim heyətinin payına düşür.

- 2000-2015-ci illər ərzində ADU-da hansı islahatlar aparılıb?

- İRD mütəmadi olaraq işçilərin peşəkarlıq səviyyəsini yoxlamaq məqsədi ilə növbəti və ya təkrar attestasiyadan keçməli olan mütəxəssislərin siyahısının, həmçinin Attestasiya Komissiyası tərəfindən verilən təkliflərin həyata keçirilməsi üçün tədbirlər planının hazırlanmasını, işə qəbul, başqa işə keçirilmə, məzuniyyətlərin verilməsi, əmək müqavilələrinin bağlanmasına nəzarət, təşəkkür və töhmətlərin verilməsi üçün lazımi materialların, əmr layihələrinin hazırlanması işlərini layiqincə yerinə yetirir.

2013-cü ilin sentyabr ayından "SİNAM” şirkətinin tətbiq etdiyi proqrama əsasən İnsan Resurslarının idarə olunmasında bütün sənədləşmə elektron sistemə keçirilib. Bu da kadrların düzgün idarə olunmasına, mühasibatlıq tərəfindən əmək haqlarının düzgün hesablanmasına nəzarət baxımından çox səmərəli bir layihədir.

2014-cü ilin sentyabr ayından əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması zamanı bir çox əməkdaşların əmək və icra intizamını pozaraq iki əmək kitabçası ilə müxtəlif müəssisələrdə fəaliyyət göstərdikləri aşkar olunub. Bütün bu pozuntular bizim tərəfimizdən ciddi nəzarətə alınıb və həmin əməkdaşlar haqqında ciddi tədbirlər görülüb.

2015-ci ilin sentyabr ayında universitet əməkdaşlarına verilmiş xidməti vəsiqələr nizam-intizam qaydalarını pozan əməkdaşlar haqqında məlumatların bizim tərəfimizdən izlənilməsinə imkan yaradıb. Bu barədə məlumatlar mütəmadi olaraq bütün strukturlara çatdırılır və pozuntular haqda xəbərdarlıqlar edilir.

- İnsan Resursları Departamentinin rəhbəri kimi ADU-ya işçi götürərkən hansı meyarları əsas götürürsünüz? Dillər Universitetinin məzunlarına üstünlük verilirmi?

- Öncə universitetə işçi götürülərkən saytımızın elanlar bölməsində vakant yer haqqında məlumat yerləşdirilir, müraciət edən hər bir kəs yüksək ixtisaslı komissiya üzvləri tərəfindən dinlənilir, bilik və peşəkarlıq səviyyəsi yoxlanılır və uyğun gəldiyi təqdirdə sınaq müddəti ilə işə qəbul edilir.
Cari ilin may-sentyabr aylarında Departamentə 100-dən artıq CV təqdim olunub. Həmin CV-lər yoxlanılıb, vakant yerlərə uyğun gələn universitet məzunlarımızdan 21 nəfəri işlə təmin olunub. Müxtəlif kafedralarda çalışan 7 nəfər laborant müvafiq komissiyanın şifahi sorğusundan keçərək müəllim vəzifəsinə təyin edilib.

Orxan Aslanlı
 

 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol