• $
  • €
  • ₽
  • ₺
  • £

“Günəşli”də itkin düşən 22 yaşlı neftçi... - FOTO

“Günəşli”də itkin düşən 22 yaşlı neftçi... - FOTO
06.12.2015 13:28
Xəbər verdiyimiz kimi, dekabrın 4-də "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın baş verib.

"Qafqazinfo” xəbər verir ki, SOCAR-ın itkin düşənlər siyahısında 33 nəfərin adı var. Onlardan ən böyüyünün 62, ən kiçiyinin isə 22 yaşı var.

Digər işçilər kimi, elə ən kiçik yaşlı neftçinin də ailəsi narahatdır. Onun bacısı Nigar xanım insanlardan qardaşı ilə bağlı ən adi informasiya almaq ümidi ilə onlara müraciət edib:

"Dostlar, mənim ailəmdə çətinlik var. "Günəşli” yatağındakı yanğın bizim ailədən də yan keçmədi. Mənim qardaşım 1993-cü il təvəllüdlü Babazadə Tural bu talesiz platformada işləyirdi. Onun adı itkin düşənlərin rəsmi siyahısında yer alıb. Bizim onun haqda bildiyimiz bütün informasiya da bununla yekunlaşır. O və onun kolleqaları haqda heç bir məlumat ala bilmirik. Xahiş edirəm, bacardığınız qədər bu şəkli paylaşın, bəlkə necəsə, hansısa yolla məlumat əldə edə bildik. Hər növ xəbərə görə təşəkkür edəcəyik...”

Qeyd edək ki, hadisədə xilas edilənlər Azərbaycan Neftçilər Xəstəxanasına yerləşdiriliblər. Xəstəxana rəhbərliyi onların vəziyyətinin hazırda normal olduğunu deyir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol