• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR xilasedici qayığın videosunu yaydı – VİDEO

SOCAR xilasedici qayığın videosunu yaydı – VİDEO
10.12.2015 10:06
SOCAR "Günəşli" yatağında qəza baş vermiş özüldə olan xilasedici qayığın video görüntüsünü təqdim edib.

ANN.Az "Report"a istinadən xəbər verir ki, video görüntüdə qayığın müasir tələblərə cavab verdiyi, adam tutumunun 42 nəfər, dənizdə qalma müddətinin isə məhdudiyyətsiz olduğu vurğulanır.

Qayığın içərisində olan təchizat üç hissədən ibarətdir: istismar vasitələri, həyat təminedici vasitələr, siqnalizasiya və diqqətcəlbedici vasitələr.

Qayığın istismar vasitələri bunlardan ibarətdir: iki ədəd avar, yəni, əgər qayığın mühərriki sıradan çıxarsa, avarlardan istifadə edərək müəyyən obyektlərə yaxınlaşmaq olar; iki ədəd qarmaq - suya düşmüş əşyaların götürülməsi üçün təyin olunan vasitədir və yaxud da qayığın yaxınlaşması zamanı o qarmaqdan istifadə oluna bilər; iki ədəd xilasetmə dairəsi, ipinin uzunluğu 30 metr və daha artıq ola bilər.

Qayığın istismar vasitələrinə yalnız neft məhsulları yanğınının söndürülməsi üçün nəzərdə tutulan köpüklü odsöndürən də aiddir. Qayıqda, həmçinin kompas olmalıdır.

İnsanlar içəri daxil olan kimi, qayığın yana əyilməməsi üçün qarşı-qarşıya əyləşməlidirlər. Qayıq suya endirilməzdən əvvəl onun içərisində olan əmlak mütləq yoxlanılmalıdır.

Bu qayıq yanar ərazidən də keçə bilər. Əgər ətrafı neft məhsulları dağılıbsa və yanğın baş veribsə, qayığın içərisində olan insanlar, daha təhlükəsiz əraziyə daxil ola bilərlər. Əgər qayıq tam kip bağlanarsa, içəridə olan insanlar 10 dəqiqə ərzində nəfəs ala bilərlər. Bu, içəridə olan hava balonlar vasitəsi ilə mümkün olur.

Qayıq yanar ərazidən keçərsə, onun gövdəsinin soyudulması imkanı da var. Yəni qayığın içərisində olan nasos vasitəsi ilə yuxarıdakı borulara su vurulur. Su çiləyiciləri qayığın gövdəsinə su çiləyir və qayığın üzərində su mühafizə qatı yaradır. Bu su mühafizə qatı da qayığın həmin ərazidən keçib daha təhlükəsiz əraziyə daxil olmasını mümkün edir.

Qayığın içərisinə insanların daxil olması təhlükəsiz şəkildə həyata keçirilməlidir. Yəni içəridə olan kəmərlərdən istifadə olunmalıdır. Onlar əvvəlcədən təyin olunmuş yerlərdə əyləşməlidirlər. Bu kəmərlər 100 kq-a qədər çəkini saxlayır.

Qayığın istismar vasitələrindən əlavə, qayığın həyat təminedici vasitələri də var ki, bunlara tibbi ləvazimatlar dəsti, balıq tutmaq üçün vasitələr, qida və su nəzərdə tutulub. Qayıqda olan suyun miqdarı 3 litr olmalıdır. Qida 3 günlük nəzərdə tutulub. 1-ci gün qayıqda qidadan və sudan istifadə etmək nəzərdə tutulmayıb, hamilə qadınlar, körpələr və suya ehtiyacı olan xəstələr istisna olmaqla.

Qayığın siqnalizasiya və diqqətcəlbedici vasitələrinə aiddir: 4ədəd paraşütlü raket, 6 ədəd falşfeyer və 2 ədəd tüstü verən qurğu.

Qayıq istənilən hava şəraitində dənizdə qala bilər. Qayığın yanacağı ona 24 saat ərzində 6 mil/saat (1 dəniz mili - 1852 metr) sürətlə hərəkət etmək imkanı verir.
 
 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol