• $
  • €
  • ₽
  • ₺
  • £

Devid Harris ADU-nun fəxri doktoru adına layiq görüldü - Fotolar

Devid Harris ADU-nun fəxri doktoru adına layiq görüldü - Fotolar
14.03.2016 16:10
Bu gün Amerika Birləşmiş Ştatlarının aparıcı yəhudi təşkilatlarından biri olan Amerika Yəhudi Komitəsinin (American Jewish Committee/AJC) icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycan Dillər Universitetində (ADU) oldu.
 
 
Görüşdə ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov qonağı universitetdə görməkdən məmnunluğunu bildirdi və belə görüşlərin ölkələrimiz arasında olan təhsil əlaqələrin inkişafına töhvə verəcəyinə əminliyini ifadə etdi. Dillər Universitetinin yaranması, tarixi və beynəlxalq əlaqələri haqqında geniş məlumat verən professor D.Yunusov universitetdə 22 dilin tədris olunduğunu, eyni zamanda müxtəlif fakültələrin fəaliyyət göstərdiyini sözlərinə əlavə etdi. Universitetin beynəlxalq əlaqələrindən danışan D.Yunusov ADU-da 17 ölkənin dil və mədəniyyət mərkəzlərinin, o cümlədən Yaxın Şərq və İsrail Araşdırmaları mərkəzinin mövcud olduğunu vurğuladı. Yaxın Şərq və İsrail Araşdırmaları mərkəzinin tarixi, fəaliyyəti haqqında ətraflı məlumat verən professor Dünyamin Yunusov adıçəkilən mərkəzin təşkilatçılığı ilə bir sıra yəhudi bayramlarının, o cümlədən bu yaxınlarda "Xanuka”nın universitetdə geniş şəkildə qeyd olunduğunu bildirdi.
 
 
O, ADU-nun dünyanın müxtəlif ölkələrinin, o cümlədən Avstriya, Belçika, Fransa, İtaliya, Hindistan, İsrail, İspaniya, Russiya, ABŞ-ın ali təhsil ocaqları ilə əməkdaşlıq etdiyini dedi. Bundan əlavə universitetin Avropa Birliyinin bir sıra layihələrində, o cümlədən  TEMPUS və ERASMUS MUNDUS layihələrində iştirak etdiyini sözlərinə əlavə etdi. D.Yunusov amerikalı tələbələrin ABŞ Dövlət Departamentinin Önəmli Dil Təqaüdü (ÖDS) proqramı ilə Azərbaycan dilini öyrənmək üçün ADU-nun Yay məktəbində iştirak etdiyini nümayəndə heyətinin diqqətinə çatdırdı, eyni zamanda universitetdə müxtəli dil kurslarının fəaliyyət göstərməsindən söz açdı.
 
 
Görüşdə, həmçinin gələcək əməkdaşlıqla bağlı bir sıra məsələlər müzakirə olundu.
 
 
Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris ADU-da olmaqdan şad olduğunu bildirdi. Başçılıq etdiyi nümayəndə heyətinin üzvlərini təqdim edən qonaq Azərbaycan və ABŞ arasındakı əlaqələrdən, həmçinin Azərbaycan və yəhudi xalqları arasında mövcud olan münasibətlərin dərinləşməsindən söhbət açdı, Azərbaycanın tolerant ölkə olduğunu bildirərək digər dinlərə hörmətlə yanaşdığını söylədi. Bundan əlavə o, təhsil əlaqələrinin genişləndirilməsi fonunda öz fikirlərini bölüşdü.
 
 
Sonra universitetin İnformasiya Resurs Resurs Komplesində Devid Harris universitetin Elmi Şurasının qərarı ilə ölkələrimiz arasında əməkdaşlığın inkişafında, mədəniyyət, elm, təhsil sahələrində əlaqələrin dərinləşməsində böyük xidmətlərinə görə ADU-nun fəxri doktoru adına layiq görüldü. Professor Dünyamin Yunusov ADU-nun fəxri doktoru diplomunu qonağa təqdim etdi və universitetin fəxri doktorları sırasında Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu, İsrailin sabiq prezidenti Şimon Peres və Nobel mükafatı laureatı, yazıçı Vidiadxar Suracprosad Naypolun da olduğunu söylədi.
 
 
Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris ADU-nun fəxri doktoru diplomuna layiq görülməsindən çox məmnun olduğunu bildirdi.
Sonda qonaq universitetin xatirə dəftərinə öz ürək sözlərini yazdı.
 
Görüşdən sonra qonaq ADU-nun İnformasiya Resurs Kompleksi, eyni zamanda İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzi ilə yaxından tanış oldu.
 
Qeyd edək ki, Devid Harris 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı əsasında "Dostluq ordeni” ilə təltif olunub. O, eyni zamanda Davosda Dünya İqtisadi Forumu daxil olmaqla ən prestijli forumlarda iştirak edib, transatlantik partnyorluqda müvəffəqiyyəti və insan hüquqlarının müdafiəsində beynəlxalq cəhdlərinə görə Azərbaycan, Bolqarıstan, Fransa, Almaniya, İtaliya, Latviya, Polşa, İspaniya və Ukrayna dövlətləri tərəfindən təltif olunub.
 






www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol