• $
  • €
  • ₽
  • ₺
  • £

ADU-da təqdimat mərasimi keçirildi - Fotolar

ADU-da təqdimat mərasimi keçirildi - Fotolar
16.03.2016 20:33
ADU-da "Karnegi tədqiqat təqaüd proqramı” mövzusunda təqdimat mərasimi keçirildi

Azərbaycan Dillər Universitetində (ADU) universitetin İnformasiya Resurs Kompleksinin təşkilatçılığı ilə Karnegi Proqramının nümayəndəsi Aleksey Xarlamov tərəfindən "Karnegi tədqiqat təqaüd proqramı” mövzusunda təqdimat mərasimi keçirildi. 

Avrasiya və Şərqi Avropa tədqiqatı üzrə Milli Şuranın 2015-2016-cı tədris ili üçün ABŞ-da Karnegi Tədqiqat Proqramı haqqında danışan təmsilçi Aleksey Xarlamov bu yarışın Azərbaycan, Ermənistan, Belarusiya, Gürcüstan, Moldova, Rusiya və Ukraynadan olan humanitar, sosial  elmlər üzrə araşdırma aparan mütəxəssis, müəllim, həmçinin universitet tədqiqatçılarını əhatə etdiyini bildirdi. Proqrama müraciət etmə prosedurları haqqında ətraflı məlumat verən qonaq bu proqramın Beynəlxalq Təhsil üzrə Amerikan Şuraları ilə əməkdaşlığı çərçivəsində Avrasiya və Şərqi Avropa tədqiqatı üzrə Milli Şura tərəfindən idarə olunduğunu bildirdi.

O, iştirakçıların ABŞ-da 4 ay müddətinə tədqiqat aparacağını və onların aylıq təqaüd, sağlamlıq sığortası, kitabxana, texnologiya, arxivlər və digər tədqiqat vasitələrindən istifadə, eyni zamanda ABŞ-da konfranslarda iştirak etmək imkanı əldə edəcəklərini təqdimat iştirakçılarının diqqətinə çatdırdı. Qonaq, həmçinin bu proqramın heç bir dini, irqi, cinsi, milli və etnik mənsubiyyəti nəzərə almayacağını vurğuladı. 

Qeyd edək ki, bu proqrama müraciət etmək üçün nəzərdə tutulan müddət 30 aprel 2016-cı il tarixində başa çatacaq. 


 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol